Elmar Qasimov www.sport-evrovision.blogspot.com saytin sabibi 1-1, Agil Haciyev BDU professoru 2-1.Shami Abdullayev 2-1. Elvin Akberov Vetenin 1997 illerin komandasinin Futbolcusu 2-2, Abasov Nijat Shaxmat grossmeysteri 2-1, Rauf Iskenderov Azercellin Yuristi 0-0, Eziz Memmedov 2-1.
Loading
четверг, 28 июля 2011 г.
вторник, 26 июля 2011 г.
Messi və Ronaldo yenidən üz-üzə
UEFA-nın versiyasına görə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanlıb. Olimpiya.az-ın məlumatına görə, 53 jurnalistdən ibarət münsiflər heyəti Xavi, Lionel Messi (hər ikisi “Barselona”) və Kriştiano Ronaldoya (“Real”) səs veriblər. Qalib avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatması zamanı elektron səsvermə sistemi ilə müəyyənləşəcək.
Andres İnyesta (“Barselona” İspaniya), “Falkao” (“Porto” Portuqaliya), Ueyn Runi (“Mançester Yunayted” İngiltərə), Nemanya Vidiç (“Mançester Yunayted” İngiltərə), Zlatan İbrahimoviç (“Milan” İtaliya), Jerar Pike (“Barselona” İspaniya), Manuel Noyer (“Bavariya” Almaniya) ilk “3-lük”dən kənarda qalıblar.
Qeyd edək ki, Messi son iki ildə, portuqaliyalı Ronaldo isə bundan əvvəl həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilib.
Serxio Batista Argentina millisindən qovuldu
Türkiyə Futbol Federasiyası danışılmış oyunlarla əlaqədar aparılan istintaqla bağlı ilk qərarını verib. Olimpiya.az-ın məlumatına görə, Superliqanın oyunları təxirə salınıb.
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar ölkə çempionatının avqustun 5-də deyil, sentyabrın 9-da başlanacağını bildirib. Birinci liqada da oyunların vaxtı dəyişib. Burada oyunlar sentyabrın 10-da start götürəcək.
http://www.stadium.az/
Azərbaycanlı müğənni türk futbolçusuna ərə getdi - Foto
Vaqif Gərayzadənin tələbəsi ərə getdi.
Gün.Az xəbər verir ki, Azərbaycanı Türkiyənin məşhur “Alaturka” TV müsabiqəsində təmsil edən, Vaqif Gərayzadə yetirməsi olan müğənni Nərgiz Hüseynli ərə getdi.
25 yaşlı gözəl müğənni Türkiyənin Beşiktaş futbol klubundan tanınan 29 yaşlı futbolçu Erhan Güvenle evlendi.
İstanbulda baş tutan həmin nişan və toydan olan eksklüziv fotoları Gün.Az oxucularına təqdim edirik:
Ülviyyə Alovlu
Gün.Az
25 yaşlı gözəl müğənni Türkiyənin Beşiktaş futbol klubundan tanınan 29 yaşlı futbolçu Erhan Güvenle evlendi.
İstanbulda baş tutan həmin nişan və toydan olan eksklüziv fotoları Gün.Az oxucularına təqdim edirik:
Ülviyyə Alovlu
Gün.Az
"Topaz" "Bavariya"nı "Milan"dan güclü sayır
“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. Olimpiya.az-ın məlumatına görə, proqnozsevərlər bu gün 1 oyuna tək pul qoyuluşu edə bilərlər.
BYG 23:30 Bavariya - Milan 1.65 3.40 3.80
Qeyd edək ki, bu gün üçün “Topaz”ın siyahısında yer alan 18 ekspress oyunun əmsalları ilə www.topaz.az saytında tanış ola bilərsiniz.
понедельник, 25 июля 2011 г.
«Bakı» Yunanıstan kubokunun qalib ilə heç-heçə oynadı
«Bakı» dünən daha bir yoldaşlıq görüşü keçirib. Stadium.Az saytı xəbər verir ki, rəqib Yunanıstan çempionatının bürünc mükafatçısı AEK klubu olub.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Qarşılaşma Bakı TV vasitəsilə də canlı yayımlanıb.
«Bakı»nın start heyəti ilə taniş olun:
16. Aqil Məmmədov 15. Cəmşid Məhərrəmov 32. Aleksey Savinov 77. Aleksandar Soliç 6. İbrahim Karqbo 9. Elvin Məmmədov 14. Elvin Əliyev 36. Uinston Parkis 22. Maris Verpakovskis 18. Denis İvanovs 7. Deyvidas Çesnauskis
Yunanıstan kubokunun qalibi və ölkə çempionatının bürücn mükafatçısına qarşı mübarizə aparan "Bakı" ilk hissədə üstünlüyə malik olub. Bakılılar bir neçə real qol imkanı yaratsa da, hesabı açmaq mümkün olmayıb. Fasilədən sonra rəqib daha fəal olub. Buna baxmayaraq, qapılara qol vurulmayıb və oyun qolsuz bərabərliklə başa çatıb.
Amerika kubokunda yeni qalib, yeni rekord
Argentinada təşkil olunan Amerika kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin qızıl medalları uğrunda həlledici mübarizədə Paraqvay və Uruqvay yığmaları üz-üzə gəlib.
Buenos Ayresdəki "Estadio Monumental Antonio Vespucio Liberti" stadionunda keçirilən final matçının ilk dəqiqələrindən üstünlüyü ələ alan Uruqvay böyükhesablı qələbə qazanıb - 3:0. Hesabı 12-ci dəqiqədə "Liverpool"un forvardı Luis Suares açıb. 42-ci dəqiqədə Dieqo Forlan fərqi iki topa çatdırıb. "Atletico"nun forvardı 90+2-ci dəqiqədə dublunu rəsmiləşdirməklə finalın yekun nəticəsini müəyyənləşdirib.
Bununla da Uruqvay tarixində 15-ci dəfə Amerika Kubokunun qalibi adını qazınb. Bundan əvvəl 1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987 və 1995-ci illərdə turnirin qalibi olan Uruqvay həm də yeni rekord müəyyənləşdirib. Uruqvaydan sonra kuboku ən çox qazanan komanda Argentinadı - 14 dəfə. Üçüncü yeri 8 kubokla Braziliya tutur.
Amerika kuboku
Final
24 iyul
Paraqvay - Uruqvay – 0:3
Qollar: Suares, 12, Forlan, 42; 90+2.
воскресенье, 24 июля 2011 г.
суббота, 23 июля 2011 г.
Dunya cempionatinda 6 tur basha cadti, Ukrayna - Russiya hec-hece edti.
Chinde shaxmat uzre kecirilen komandalar arasi dunya cempionati davam edir 6 turun neticeleri beledir
| Bo. | 10 | Russia | Reyt. | - | 8 | Ukraine | Reyt | 2 : 2 |
| 1.1 | GM | Karjakin Sergey | 2788 | - | GM | Ivanchuk Vassily | 2768 | ½ - ½ |
| 1.2 | GM | Grischuk Alexander | 2746 | - | GM | Eljanov Pavel | 2697 | ½ - ½ |
| 1.3 | GM | Nepomniachtchi Ian | 2711 | - | GM | Efimenko Zahar | 2706 | ½ - ½ |
| 1.4 | GM | Vitiugov Nikita | 2733 | - | GM | Moiseenko Alexander | 2715 | ½ - ½ |
| Bo. | 9 | Israel | Reyt | - | 7 | Azerbaijan | Reyt | 2 : 2 |
| 2.1 | GM | Sutovsky Emil | 2700 | - | GM | Radjabov Teimur | 2744 | 0 - 1 |
| 2.2 | GM | Smirin Ilya | 2676 | - | GM | Gashimov Vugar | 2760 | ½ - ½ |
| 2.3 | GM | Postny Evgeny | 2618 | - | GM | Mamedov Rauf | 2679 | 1 - 0 |
| 2.4 | GM | Nabaty Tamir | 2584 | - | GM | Mamedyarov Shakhriyar | 2765 | ½ - ½ |
| Bo. | 1 | USA | Reyt. | - | 6 | Hungary | Reyt | 2 : 2 |
| 3.1 | GM | Kamsky Gata | 2741 | - | GM | Leko Peter | 2717 | ½ - ½ |
| 3.2 | GM | Shulman Yuri | 2617 | - | GM | Almasi Zoltan | 2726 | 0 - 1 |
| 3.3 | GM | Seirawan Yasser | 2635 | - | GM | Polgar Judit | 2699 | 1 - 0 |
| 3.4 | GM | Hess Robert | 2609 | - | GM | Balogh Csaba | 2643 | ½ - ½ |
| Bo. | 2 | Armenia | Reyt. | - | 5 | India | Reyt | 2½:1½ |
| 4.1 | GM | Aronian Levon | 2805 | - | GM | Harikrishna Pentala | 2669 | 1 - 0 |
| 4.2 | GM | Movsesian Sergei | 2700 | - | GM | Sasikiran Krishnan | 2681 | ½ - ½ |
| 4.3 | GM | Akopian Vladimir | 2667 | - | GM | Ganguly Surya Shekhar | 2627 | ½ - ½ |
| 4.4 | GM | Sargissian Gabriel | 2663 | - | GM | Negi Parimarjan | 2642 | ½ - ½ |
| Bo. | 3 | Egypt | Reyt. | - | 4 | China | Reyt. | ½ :3½ |
| 5.1 | GM | Adly Ahmed | 2631 | - | GM | Wang Hao | 2718 | 0 - 1 |
| 5.2 | GM | Amin Bassem | 2609 | - | GM | Wang Yue | 2709 | 0 - 1 |
| 5.3 | IM | Shoker Samy | 2475 | - | GM | Li Chao B | 2669 | ½ - ½ |
| 5.4 | IM | Ezat Mohamed | 2430 | - | GM | Ding Liren | 2654 | 0 - 1 |
Turnir cedveli beledir
1) Armenia,2)Russia,3)Hungary,4)China,5)Ukraine,6)AZERBAIJAN,7)Usa,8)Israiel,9)India,10)Egypt .
geyd edek ki turnir 9 turdan ibaredtir .
"Baku Cup"ın favoriti sürprizə imkan vermədi
"Baku Cup" turnirinin ən böyük favoriti və dünya reytinqinin 3 nömrəli tennisçisi Vera Zvonaryova yarımfinala yüksəlib. Olimpiya.az-ın məlumatına görə, rusiyalı buna Anna Tatişvilini (Gürcüstan) 2:1 (7:5, 6:7, 6:2) hesabı ilə məğlub etməklə nail olub.
Qeyd edək ki, Zvonaryova yarımfinalda ukraynalı Mariya Korittseva ilə qarşılaşacaq. Digər yarımfinalda isə Qalina Voskoboyeva (Qazaxıstan) ilə Kseniya Pervak (Rusiya) üz-üzə gələcəklər.
Əziz Yıldırımın yenidən halı pisləşdi
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı həbs olunan “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım iyulun 23-ə keçən gecə yenidən xəstəxanaya aparılıb. Lent.az-ın məlumatına görə, səhhətində problem yaranan Yıldırım gecəni Şişli Etfal xəstəxanasında keçirib.
O, halsızlıq, öskürmə və qanında şəkərin qeyri-sabitliyindən şikayətlənib. Klub prezidenti Metris həbsxanasından polis müşayiəti ilə və ambulansla xəstəxanaya göndərilib. Onun əynində “Fənərbağça” geyimi olub.
O, halsızlıq, öskürmə və qanında şəkərin qeyri-sabitliyindən şikayətlənib. Klub prezidenti Metris həbsxanasından polis müşayiəti ilə və ambulansla xəstəxanaya göndərilib. Onun əynində “Fənərbağça” geyimi olub.
“Qarabağ” tək qaldı
21:00. “QARABAĞ” – “STREYMUR” (FARER ADALARI) 0:0
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev,14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
EHTİYAT OYUNÇULAR: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
BAŞ MƏŞQÇİ: Qurban Qurbanov
STREYMUR: 1. Rene Torqard, 4. Gert Ade Hansen, 6. Petur Dam Yakobson, 7. Levi Hanssen, 8. Eqil Bo (k), 10. Bardur Olsen, 11. Hans Pauli Samuelson, 12. Marni Curhus (k), 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen, 27. Aleks dos Santos
EHTİYAT OYUNÇULAR: 30. Yoan Paolo Yakobson, 5. Pol Qrunnveit Olsen, 9. Arnar Dam
BAŞ MƏŞQÇİ: Hedin Askham
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Qoran Spirkoski (Makedoniya)
İlk oyun - 1:1
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev,14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
EHTİYAT OYUNÇULAR: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
BAŞ MƏŞQÇİ: Qurban Qurbanov
STREYMUR: 1. Rene Torqard, 4. Gert Ade Hansen, 6. Petur Dam Yakobson, 7. Levi Hanssen, 8. Eqil Bo (k), 10. Bardur Olsen, 11. Hans Pauli Samuelson, 12. Marni Curhus (k), 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen, 27. Aleks dos Santos
EHTİYAT OYUNÇULAR: 30. Yoan Paolo Yakobson, 5. Pol Qrunnveit Olsen, 9. Arnar Dam
BAŞ MƏŞQÇİ: Hedin Askham
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Qoran Spirkoski (Makedoniya)
İlk oyun - 1:1
воскресенье, 17 июля 2011 г.
"Dinamo" ilə oyunöncəsi mətbuat konfransı keçiriləcək
"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov və futbolçuları UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə oyunöncəsi mətbuat konfransı keçirəcək. Mətbuat konfransı iyulun 18-də "Trend" İnformasiya Agentliyinin konfrans zalında olacaq. Konfrans saat 12:00-da başlanacaq.
Neftchi nin resmi sayt.
Azalin futbolcusu Vetene kechdi ve ilk turnirde 2 yeri tudtu!
Azalin futbolcusu Vetene kechdi sport-evrovision.blogspot.com sayti heber verir ki Azalin 1997 illein oyuncyusu Elvin Akberov vetenin 1997 illerin komandasina kechdi.
Veten klubunun ve Bineqedi rayon icra hakimiyyetinin kecirdiyi turnir.bizim komandanin adi bu yarishda Xezer idi.her qrupda 4 komanda olmaqla,cemi 8 komanda var idi.bizim komandamiz 3 oyunda qelebe qazanib qrupdan maksimum xalla cixdi.yarimfinalda da qalib gelerek,finala cixdiq.amma teessufler olsun ki,finalda Umid komandasina uduzduq
Bu sozleri Elvin Akberov soyleyib.
Veten klubunun ve Bineqedi rayon icra hakimiyyetinin kecirdiyi turnir.bizim komandanin adi bu yarishda Xezer idi.her qrupda 4 komanda olmaqla,cemi 8 komanda var idi.bizim komandamiz 3 oyunda qelebe qazanib qrupdan maksimum xalla cixdi.yarimfinalda da qalib gelerek,finala cixdiq.amma teessufler olsun ki,finalda Umid komandasina uduzduq
Bu sozleri Elvin Akberov soyleyib.
суббота, 16 июля 2011 г.
"Neftçi"nin oyunu estonlara tapşırıldı
"Neftçi"nin UEFA Çempionlar Liqasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə keçirəcəyi ikinci təsnifat mərhələsinin cavab oyununa köməkçi hakimlərin də təyinatı açıqlanıb. Stadium.Az xəbər verir ki, estoniyalı baş hakim Hannes Kaasikə həmyerliləri - Marko Livand və Yaanus Mutli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Rumer Tarayev yerinə yetirəcək.
İyulun 19-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Dinamo" oyunu saat 21:00-da başlanacaq.
http://www.stadium.az/
"Neftçi" PFK iyulun 16-da mətbuat konfransı keçirəcək
Konfrans "Trend" İnformasiya Agentliyində olacaq
"Neftçi" PFK UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyunundan öncə mətbuat konfransı keçirəcək. Mətbuat konfransı iyulun 16-da "Trend" İnformasiya Agentliyinin konfrans zalında olacaq. Konfrans saat 15:00-da başlanacaq.
Neftchi nin resmi sayti
пятница, 15 июля 2011 г.
“Xəzər Lənkəran”ın bəxti gətirdi, “Qarabağ” “Brügge”yə qarşı -
Bu gün Avroliqada III mərhələnin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkdə “Xəzər Lənkəran”ın bəxti gətirib. Lənkəran təmsilçisi Təl-Əviv “Makkabi”ni keçərsə, “Zelezniçar” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün qalibi ilə görüşəcək. Bu, “Xəzər Lənkəran”ın 5 potensial rəqibi arasında ən münasibi idi. Bosniyada keçirilən ilk oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Farer adalarının “Streymur” klubunu keçəcəyi şübhə doğurmayan “Qarabağ”a isə daha çətin rəqib düşdü. Bu, Belçikanın ən titullu klublarından olan, dəfələrlə ölkə çempionluğunu qazanan, Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş “Brügge”dir.
Avroliqanın III təsnifat mərhələsi
1. “Atletiko” (İspaniya) - “Stromsqodset” (Norveç)
2. “Yanq Boyz” (İsveçrə) - TPS (Finlandiya) - “Vesterlo” (Belçika) cütünün qalibi
3. “Şaxtyor” (Belarus) - “Ventspils” (Latviya) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya)
4. “Alaniya” (Rusiya) - “Keçkemeti” (Macarıstan) - “Aktobe” (Qazaxıstan) cütünün qalibi
5. “Floriana” (Malta) - AEK (Kipr) cütünün qalibi - “Mlada Boleslav” (Çexiya)
6. “Jelezniçar” (Bosniya və Herseqovina) - “Şerif” (Moldova) cütünün qalibi - “Makkabi” (Təl-Əviv, İsrail) - “Xəzər Lənkəran” (Azərbaycan) cütünün qalibi
7. “Alkmaar” (Hollandiya) - “Flyamurtari” (Albaniaya) - “Yablonets” (Çexiya) cütünün qalibi
8. “Olimpiya” (Sloveniya) - “Bohemian” (İrlandiya) cütünün qalibi - “Rudar” (Çernoqoriya) - “Austriya” (Avstriya) cütünün qalibi
9. “Bursaspor” (Türkiyə) - “Qomel” (Belarus)
10. “Ferensvaroş” (Macarıstan) - “Olesund” (Norveç) cütünün qalibi - “Suduva” (Litva) - “Elfsborq” (İsveç) cütünün qalibi
11. “Minsk” (Belarus) - “Qaziantepspor” (Türkiyə) cütünün qalibi - “Legiya” (Polşa)
12. “Hapoel” (Təl-Əviv, İsrail) - “Vaduts” (Lixtenşteyn) - “Voyvodina” (Serbiya) cütünün qalibi
13. “Metallurq” (Gürcüstan) - “İrtış” (Qazaxıstan) cütünün qalibi - “Renn” (Fransa)
14. “Levski” (Bolqarıstan) - “Tirana” (Albaniya) - “Spartak” (Slovakiya) cütünün qalibi
15. TNS (Uels) - “Midtulland” (Danimarka) cütünün qalibi - “Gimarayeş” (Portuqaliya)
16. “Dinamo” (Rumıniya) - “İskra-Stal” (Moldova) - “Varajdin” (Xorvatiya) cütünün qalibi
17. “Karpatı” (Ukrayna) - “Şaxtyor” (Qazaxıstan) - “Sent Patriks” (İrlandiya) cütünün qalibi
18. “Vlajniya” (Albaniya) - “Tyun” (İsveçrə) cütünün qalibi - “Palermo” (İtaliya)
19. “Reykyavik” (İslandiya) - “Jilina” (Slovakiya) cütünün qalibi - “Llanelli” (Uels) - “Dinamo” (Gürcüstan) cütünün qalibi
20. “Omoniya” (Kipr) - “Tauras” (Litva) - “Den Haaq” (Hollandiya) cütünün qalibi
21. “Metallurq” (Latviya) - “Zalsburq” (Avstriya) cütünün qalibi - “Senika” (Slovakiya)
22. “Brügge” (Belçika) - “Streymur” (Farer adaları) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi
23. “Differdanj” (Lüksemburq) - “Levadiya” (Estoniya) - “Rad” (Serbiya) - “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
24. “Mayns” (Almaniya) - KuPS (Finlandiya) - “Qaz Metan” (Rumıniya) cütünün qalibi
25. “Sent Culiya” (Andorra) - “Bney Yehuda” (İsrail) cütünün qalibi - “Helsinqborq” (İsveç)
26. “Stok Siti” (İngiltərə) - “Hayduk” (Xorvatiya)
27. “Qaqra” (Gürcüstan) - “Anortosis” (Kipr) cütünün qalibi - “Yuvenes-Doqana” (San-Marino) - “Rabotniçki” (Makedoniya) cütünün qalibi
28. “Erebru” (İsveç) - “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi - “Sparta” (Çexiya)
29. “Qlentoran” (Şimali İrlandiya) - “Vorskla” (Ukrayna) cütünün qalibi - “Sliqo Rovers” (İrlandiya)
30. “Paksi” (Macarıstan) - “Tromse” (Norveç) cütünün qalibi - “Harts” (Şotlandiya)
31. “Metallurq” (Makedoniya) - “Lokomotiv” (Sofiya, Bolqarıstan) cütünün qalibi - “Şlask Vrotslav” (Polşa) - “Dandi Yunayted” (Şotlandiya) cütünün qalibi
32. “Hafnarfyordur” (İslandiya) - “Nasional” (Portuqaliya) cütünün qalibi - “Hakken” (İsveç) - “Honka” (Finlandiya) cütünün qalibi
33. “Domjale” (Sloveniya) - “Split” (Xorvatiya) cütünün qalibi - “Kruzaders” (Şimali İrlandiya) - “Fulhem” (İngiltərə) cütünün qalibi
34. PAOK (Yunanıstan) - “Mika” (Ermənistan) - “Valerenqa” (Norveç) cütünün qalibi
35. “Rid” (Avstriya) - “Brondbü” (Danimarka)
Qeyd edək ki, III mərhələnin oyunları iyulun 28-də və avqustun 4-də keçiriləcək. Komandalarımız ilk oyunlarını səfərdə keçirməlidirlər.
http://www.apasport.az/
"Neftçi"nin rəqibi məlum oldu
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Stadium.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da keçirilən mərasim zamanı "Neftçi" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün rəqibi müəyyənləşib.
"Neftçi" Zaqrebdəki ilk görüşdə 0:3 hesabı ilə uduzaraq növbəti mərhələ şansını çətinə salıb. Amma hər halda bu cütün qalibi püşk zamanı səpələnmişlər səbətinə düşəcək. Artıq UEFA potensial rəqibləri ayrı-ayrı qruplara bölərək onların siyahısını qısaldıb. Beləliklə, 1-ci qrupda yer alan "Neftçi" - "Dinamo" cütünün qalibi HİK (Finlandiya) / "Banqor Siti" (Uels) qalibi ilə üz-üzə gələcək.
http://www.stadium.az/
Falkao "Porto"da qaldı
"Porto"nun kolumbiyalı hücumçusu Radamel Falkao nəhayət ki, öz seçimini edib. Stadium.Az xəbər verir ki, Falkao "Porto" ilə müqaviləsini 2015-ci ilə qədər uzadıb.
Ötən mövsüm Avroliqanın bombardiri olan Falkao ilə "Çelsi" və "Atletiko" (Madrid) kimi klublar maraqlansa da, futboçu "Porto"ya üstünlük verib.
Ötən mövsüm "Porto"nu Avroliqanın qalibi edən hazırda isə "Çelsi"nin baş məşqçisi kimi çalışan Andre Villa Boaşın sabiq oyunçusunu yanına gətirmək cəhdləri də səmərəsiz qalıb. Buna səbəb kimi isə tərəflərin maliyyə məsələsində razılığa gələ bilməməsi göstərilir.
Falkao ötən mövsüm Avroliqada vurduğu 17 qolla turnirin bombardiri olmuşdu.
http://www.stadium.az/
Haydı "Neftçi"sevərlər, stadiona!
"Neftçi" PFK iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Zaqreb "Dinamo"sunu qəbul edəcək. Olimpiya.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün biletlərin satışı davam edir. Biletlərin qiyməti bütün sektorlar üçün 1 manat, VİP C və VİP D üçün isə 10 manatdır.
Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından, eləcə də "Dalğa Arena", "Park Bulvar"ın 1-ci mərtəbəsi, "Accesbank"ın Mərdəkandakı filialı, "Park Şüvəlan" və "Khazar Golden Beach"dən almaq mümkündür.
Klub rəhbərliyi bütün azarkeşləri stadiona, "Neftçi"yə dəstək olmağa çağırır.
Qeyd edək ki, oyun saat 21:00-da start götürəcək.
http://www.olimpiya.az/
"Qarabağ"ın rəsmisi: "Biz "Brügge"dən qorxmuruq"
“Qarabağ” rəhbərliyi Avroliqanın III təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Olimpiya.az-ın məlumatına görə, Ağdam klubunun direktoru Əmrah Çəlikəl Belçika “Brügge”sini keçmək iqtidarında olduqlarını bildirib.
Amma klub rəsmisi hazırda Farer adalarının “Streymur” klubu ilə oyunu düşündüklərini söyləyib: “Elə hazırda da biz Farer adalarından qayıdırıq və indi Danimarkadayıq. Hələlik “Streymur”la oyunu düşünürük. Yalnız bu komandanı keçdikdən sonra məşqçi heyətimiz “Brügge” ilə bağlı lazımı məlumatları toplayıb, rəqibi təhlil edəcəklər”.
Çəlikəl üçüncü təsnifat mərhələsindəki rəqiblərinin gücünə baxmayaraq, Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək istədiklərini bildirib: “Brügge”nin güclü rəqib olduğunu hamı yaxşı bilir. Amma “Qarabağ” bu komandanı keçməyə qadirdir. İnşallah, “Streymur” səddini adladıqdan sonra “Brügge”ni keçmək üçün bütün lazımı tədbirlər görüləcək. “Qarabağ” “Brügge”dən qorxmur. Nə qədər güclü komanda olsa da, Azərbaycanı layiqincə təmsil edəcəyik”.
Mənbə: qol.az
четверг, 14 июля 2011 г.
“Qarabağ” qələbəni son saniyələrdə əldən verdi
Avroliqada II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi təmsil edən hər 2 komanda bu mərhələdə mübarizəyə səfərdə başlayıblar. “Xəzər Lənkəran” Təl-Əviv “Makkabi”si ilə çətin oyuna çıxıb.
Bundan 30 dəqiqə sonra Farer adalarının “Streymur” klubu ilə görüşə çıxan “Qarabağ” nisbətən asan rəqiblə görüşsə də qələbə qazana bilməyib. Erkən qol vuran təmsilçimiz qarşılaşma boyu hesabda irəli olub. Lakin görüşə 15 futbolçu sifariş edən rəqib sonadək mübarizə apararaq son saniyələrdə tarazlığı bərpa edib – 1:1. Bu, komandamızın cari mövsüm Avroliqada qələbə qazana bilmədiyi ilk matç olub.
Avroliqa, II təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
23:00. “STREYMUR” (TORSHAVN, FARER ADALARI) – “QARABAĞ” (AĞDAM, AZƏRBAYCAN) - 1:1
QOL: Rauf Əliyev, 11, Ambyorn Hansen, 90+3
SARI VƏRƏQƏLƏ: Namiq Yusifov, 47, Ambyorn Hansen, 89, Admir Teli, 90+4
STREYMUR: 1. Rene Torqard, 2. Aleks dos Santos, 3. Pauli Hansen, 4. Gert Ade Hansen, 6. Petue Dam Yakobson, 8. Eqil Bo (k), 10. Vasile Angel, 11. Hans Pauli Samuelson, 14. Daniel Udsen (7. Levi Hansen, 70), 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen (9. Arnat Dam, 80)
EHTİYAT OYUNÇULAR: 30. Yoan Paolo Yakobson, 5. Pol Qrunveit Olsen
BAŞ MƏŞQÇİ: Hedin Askham
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (9. Bəxtiyar Soltanov, 70), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admie Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
EHTİYAT OYUNÇULAR: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
BAŞ MƏŞQÇİ: Qurban Qurbanov
Baş hakim: Mark Steven Uitbi (Uels)
Hakim-köməkçiləri: Edvard King, Filip Tomas, Brayan James (hamısı Uels)
Hakim-inspektor: Jari Maisonlahti (Finlandiya)
UEFA nümayəndəsi: Odd Flattum (Norveç)
Torshavn. “Qundadalur” stadionu
http://www.apasport.az/
Sevgilisi Məsut Özildən ayrıldı
Almaniya milli komandasının və "Real" (Madrid) klubunun türk əsilli futbolçusu Məsut Özillə bu yaxınlarda İbiza adasında istirahət etmiş müğənni Ebru Polatın eşq macəraları başa çatıb.
Qol.Az-ın “Sabah” qəzetinə istinadən məlumatına görə, bu xəbəri Polatın özü “Twitter” sosial şəbəkəsi vasitəsilə pərəstişkarlarına çatdırıb.
“Gözdən uzaq, könüldən də uzaq. Kim olduğun vecimə deyil” söyləyərkən düz danışırdım. Çox yaxşı insansan, amma üzgünəm. Bye...” mesajını yazan müğənni bundan iki gün sonra “Oohhh, mis kimi dostlarla istirahət! Sevgili ilə istirahətdən daha gözəl.
Qısqanclıq yox, dava yox, daim gül-əylən... Bundan sonra daim subay!” deyə qeyd edib. Polat ayrıldıqdan sonra xoşbəxt olduğunu anlatmaq üçün də saz komandası ilə çəkilmiş fotolarını yayımlayıb.
Qeyd edək ki, Məsut Özili daha öncə almaniyalı sevgilisi Anna Maria Lagerblom tərk edib.
Qol.Az-ın “Sabah” qəzetinə istinadən məlumatına görə, bu xəbəri Polatın özü “Twitter” sosial şəbəkəsi vasitəsilə pərəstişkarlarına çatdırıb.
“Gözdən uzaq, könüldən də uzaq. Kim olduğun vecimə deyil” söyləyərkən düz danışırdım. Çox yaxşı insansan, amma üzgünəm. Bye...” mesajını yazan müğənni bundan iki gün sonra “Oohhh, mis kimi dostlarla istirahət! Sevgili ilə istirahətdən daha gözəl.
Qısqanclıq yox, dava yox, daim gül-əylən... Bundan sonra daim subay!” deyə qeyd edib. Polat ayrıldıqdan sonra xoşbəxt olduğunu anlatmaq üçün də saz komandası ilə çəkilmiş fotolarını yayımlayıb.
Qeyd edək ki, Məsut Özili daha öncə almaniyalı sevgilisi Anna Maria Lagerblom tərk edib.
http://www.qol.az/
Millimiz rumınlarla qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyulun 15-də yoldaşlıq oyunu keçirəcək. Stadium.Az xəbər verir ki, milli komandamızın rəqibi Rumıniyanın "Rapid" (Buxarest) klubunun əvəzedici komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq.
http://www.stadium.az/
“Xəzər Lənkəran” darmadağından qaçıb, şansını saxladı
Bu gün “Xəzər Lənkəran” klubu avrokubokların 2011/12 mövsümündə debüt edəcək. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi ölkə kubokunun qalibi olduğundan, Avroliqanın II təsnifat mərhələsində mübarizəyə başlamaq hüququ qazanıb. Komanda 1 ildir onu çalışdıran rumıniyalı Mirça Rednikin rəhbərliyi altında qitə miqyaslı turnirdə ilk oyuna çıxacaq. Redniki debütdə İsrailin ən titullu klubu sınağa çəkəcək. İndiyə kimi avrokuboklara qələbə üzünə həsrət qalan Lənkəran klubu Təl-Əvivdə heç-heçə edərsə, mərhələ keçmək şansını artıracaq. Cənub təmsilçisi mərhələ keçmək şansını saxlamaq üçün vətənə münasib nəticə ilə qayıtmalıdır.
http://www.apasport.az/
Avroliqadakı növbəti rəqiblərimiz: “Atletiko”dan “Minsk”ə qədər
Avropa LiqasıIII təsnifat mərhələsi
Səpələnmişlər | Səpələnməmişlər |
|---|---|
“Atletiko” (İspaniya) | “Hayduk” (Xorvatiya) |
“Alkmaar” (Hollandiya) | “Omoniya” (Kipr) |
“Kruzaders” (Şimali İrlandiya) - “Fulhem” (İngiltərə) cütünün qalibi | “Legiya” (Polşa) |
“Hapoel” (Təl-Əviv, İsrail) | “Rid” (Avstriya) |
“Brügge” (Belçika) | “Qomel” (Belarus) |
“Sparta” (Çexiya) | “Senika” (Slovakiya) |
“Palermo” (İtaliya) | “Stromsqodset” (Norveç) |
“Dinamo” (Rumıniya) | “SLiqo Rovers” (İrlandiya) |
“Metallurq” (Latviya) - “Zalsburq” (Avstriya) cütünün qalibi | “Olimpiya” (Sloveniya) - “Bohemian” (İrlandiya) cütünün qalibi |
PAOK (Yunanıstan) | “Domjale” (Sloveniya) - “Split” (Xorvatiya) cütünün qalibi |
“Stok Siti” (İngiltərə) | “Differdanj” (Lüksemburq) - “Levadiya” (Estoniya) cütünün qalibi |
“Renn” (Fransa) | “Ferensvaroş” (Macarıstan) - “Olesund” (Norveç) cütünün qalibi |
“Rudar” (Çernoqoriya) - “Austriya” (Avstriya) cütünün qalibi | TNS (Uels) - “Midtulland” (Danimarka) cütünün qalibi |
“Yanq Boyz” (İsveçrə) | “Keçkemeti” (Macarıstan) - “Aktobe” (Qazaxıstan) cütünün qalibi |
“Qaqra” (Gürcüstan) - “Anortosis” (Kipr) cütünün qalibi | “Hakken” (İsveç) - “Honka” (Finlandiya) cütünün qalibi |
“Levski” (Bolqarıstan) | TPS (Finlandiya) - “Vesterlo” (Belçika) cütünün qalibi |
“Reykyavik” (İslandiya) - “Jilina” (Slovakiya) cütünün qalibi | “Vaduts” (Lixtenşteyn) - “Voyvodina” (Serbiya) cütünün qalibi |
“Hafnarfyordur” (İslandiya) - “Nasional” (Portuqaliya) cütünün qalibi | “Şlask Vrotslav” (Polşa) - “Dandi Yunayted” (Şotlandiya) cütünün qalibi |
“Mayns” (Almaniya) | “Paksi” (Macarıstan) - “Tromse” (Norveç) cütünün qalibi |
“Mlada Boleslav” (Çexiya) | “Şaxtyor” (Qazaxıstan) - “Sent Patriks” (İrlandiya) cütünün qalibi |
“Bursaspor” (Türkiyə) | “Streymur” (Farer adaları) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi |
“Gimarayeş” (Portuqaliya) | “Makkabi” (TƏ, İsrail) - “Xəzər Lənkəran” (Azərbaycan) cütünün qalibi |
“Helsinqborq” (İsveç) | “Tirana” (Albaniya) - “Spartak” (Slovakiya) cütünün qalibi |
“Karpatı” (Ukrayna) | “Mika” (Ermənistan) - “Valerenqa” (Norveç) cütünün qalibi |
“Qlentoran” (Şimali İrlandiya) - “Vorskla” (Ukrayna) cütünün qalibi | “Flyamurtari” (Albaniaya) - “Yablonets” (Çexiya) cütünün qalibi |
“Brondbü” (Danimarka) | “Şaxtyor” (Belarus) - “Ventspils” (Latviya) cütünün qalibi |
“Jelezniçar” (Bosniya və Herseqovina) - “Şerif” (Moldova) cütünün qalibi | “Vlajniya” (Albaniya) - “Tyun” (İsveçrə) cütünün qalibi |
“Srvena Zvezda” (Serbiya) | “Floriana” (Malta) - AEK (Kipr) cütünün qalibi |
“Alaniya” (Rusiya) | “Llanelli” (Uels) - “Dinamo” (Gürcüstan) cütünün qalibi |
“Suduva” (Litva) - “Elfsborq” (İsveç) cütünün qalibi | “Erebru” (İsveç) - “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi |
“Tauras” (Litva) - “Den Haaq” (Hollandiya) cütünün qalibi | “Yuvenes-Doqana” (San-Marino) - “Rabotniçki” (Makedoniya) cütünün qalibi |
“Metallurq” (Makedoniya) - “Lokomotiv” (S, Bolqarıstan) cütünün qalibi | “İskra-Stal” (Moldova) - “Varajdin” (Xorvatiya) cütünün qalibi |
“Harts” (Şotlandiya) | KuPS (Finlandiya) - “Qaz Metan” (Rumıniya) cütünün qalibi |
“Minsk” (Belarus) - “Qaziantepspor” (Türkiyə) cütünün qalibi | “Sent Culiya” (Andorra) - “Bney Yehuda” (İsrail) cütünün qalibi |
“Rad” (Serbiya) - “Olimpiakos” (Yunanıstan) cütünün qalibi | “Metallurq” (Gürcüstan) - “İrtış” (Qazaxıstan) cütünün qalibi |
http://www.apasport.az/
Steymur - Qarabagh oyuna prognozlar
Elmar Qasimov Zahid ogli http://www.sport-evrovision.blogspot.com/ saytin sahibi 0-1, Anar Ceferov http://www.supersport.az/ saytin sahibi ya 0-2 ya da 0-3, Rustam Ezimov http://www.1news.az/ saytin gurnalisti 0-3, Agil Haciyev Baki dövlet universititenin professoru 0-2, Eldar Faradjev hendbolcu 0-2, Teymur Zeynalov neft shirketinin meneceri 0-2,Vusal Gozelov http://www.stadium.az/ saytin bash redaktoru 0-2, Zeynalov Rashad 0-2.
Nuri Şahin zədələndi
"Real"ın yay transfer "pəncərəsi"ndə Dortmund "Borussiya"sından transfer etdiyi Nuri Şahin yenə zədələnib. Stadium.Az xəbər verir ki, ulduz futbolçu dünənki məşq zamanı dizindən zədə alıb.
Həkim müayinəsindən keçən Türkiyə millisinin üzvünün təxminən 2 və ya 3 həftə oynaya bilməyəcəyi dəqiqləşib. Ancaq 23 yaşlı yarımmüdafiəçinin İspaniya Superkuboku uğrunda görüşdə meydana çıxa biləcəyi gözlənilir.
Superkubok oyunu ölkə kubokunun sahibi "Real"la La Liqanın son çempionu "Barselona" arasında baş tutacaq.
http://www.stadium.az/
TFF prezidenti prokurorluğa gəldi
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Ali Aydınlar ədliyyə idarəsinə gedib.
Lent.az-ın məlumatına görə, yeni federasiya prezidenti prokuror və hakimlərin yararlandıqları qapıdan içəri keçib.
Ardından o, prokurorluğun olduğu mərtəbəyə qalxıb.
Son məlumata görə, Aydınlar mətbuata açıqlamasında danışılmış futbol oyunları ilə bağlı istintaqla maraqlanmaq üçün ədliyyəyə getdiyini bildirib.
http://www.apasport.az/
“Neftçi” Zaqrebdə böyük hesabla uduzdu
Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsində ilk görüşlərə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın Avropanın ən nüfuzlu turnirində yeganə təmsilçisi olan “Neftçi” artıq öz oyununu başa vurub. Cari mövsümə Xorvatiyada başlayan təmsilçimiz Zaqreb “Dinamo”su ilə çətin sınağa çıxıb.
Qarşılaşma xoşagəlməz hadisə ilə müşayiət olunub. Belə ki, qarşılaşmanın televiziya ilə canlı yayımlanacağı elan olunsa da, tamaşaçılar növbəti dəfə aldadılıb. Qarşılaşmanın yalnız son 15 dəqiqəsi, meydan sahibləri hesabı 3:0-a çatdırandan sonra yayım başlayıb.
Nədəncə hər dəfə “Neftçi”nin matçları ilə yanaşı olan texniki problemlər bu dəfə də “ağ-qaralar”ın sadiq azarkeşlərini internet kanalları ilə oyunu izləməyə vadar edib. Hələ Avstriyadakı təlim-məşq toplanışı zamanı Çexiya çempionu “Viktoriya” ilə qarşılaşmanın canlı yayımlanacağı da elan olunurdu. Amma həmin vaxtda da texniki problemlər üzə çıxdı və aldanan televiziya qarşısında ümidlə gözləyən azarkeşlər oldu. Nədənsə “flaqman” sayılan komandanın azarkeş ordusundan qat-qat az pərəstişkarı olan AZAL-ın səfər oyununda belə problem yaranmır, amma “Neftçi”nin uduzduğu görüşlərdə yaranır.
Oyuna gəlincə, Arif Əsədovun çalışdırdığı komanda buraxılan ilk qola qədər rəqibin aramsız hücumları qarşısında tab gətirdi. Lakin avrokubok təcrübəsi olmayan məşqçi qol buraxan kimi “Maksimir”dəki böyük auditoriya qarşısında qol vurmaq arzusuna düşdü. Bu səbəbdən də müdafiəçini yarımmüdafiəçi ilə əvəzləyən bakılılar ikinci hissə başlayan kimi qapısında növbəti qolu gördü. Bununla sakitləşməyən “Dinamo” “Maksimir” stadionuna toplaşanlara şou göstərmək məqsədilə hücumlarını davam etdirdi. Artıq 65-ci dəqiqədə dublunu rəsmiləşdirən Krstanoviç penaltidən hesabı 3:0-a çatdırdı.
http://www.apasport.az/
среда, 13 июля 2011 г.
Dinamo Zagreb - Neftchi oyuna prognozlar
Elmar Qasimov Zahid ogli http://www.sport-evrovision.blogspot.com/ saytin sahibi 1-2, Agil Haciyev Baki Dövlet Universitetinin professoru 2-1, Aygun Ilkhaszadeh Bakcellin programmisti 1-3, Rustam Azimov http://www.1news.az/ saytin gurnalisti 2-0, Teymur Zeynalov Neft şirketinde menecer 2-0, Elvin Akberov 1997 illerin Azal komandasinin futbolcusu 0-1, Zeynalov Rashad 1-1, Eldar Faradjev hendbolcu 0-1, Orxan Huseynov Lokomotiv voleybol klubun meneceri 1-0 ya da 2-1, Nijat Abasov shaxmatci 1-1, Artyushin Viktor 2-1, Anar Ceferov http://www.supersport.az/ saytin sahibi ya 2-0 ya da 3-0 .
Millimizə İtaliyadan futbolçu çağırıldı
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Sumqayıtda təlim-məşq toplanışı keçəcək. Stadium.Az xəbər verir ki, baş məşqçi Təbriz Həsənov iyulun 15-dən 18-ə qədər toplanışa dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. Bunlar Əyyub Əliyev, Kənan Manafov (hər ikisi "Neftçi"), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı "Qəbələ"), Ramin Şirinov, Nurlan Əhmədov (hər ikisi "Qarabağ"), Nurlan Şiriyev ("Rostov", Rusiya), Qurbanəli Əliyev, Adil Nağıyev, Fuad İslamzadə, Coşqun Diniyev (hamısı "İnter"), Vəkil Talıbov ("Akademiya Konopleva", Rusiya), Xəlil Əhmədov (ROİL), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Azad Rəhimov ("Krılya Sovetov", Rusiya), Polad Mirzəzadə ("Bakı"), Seyran Məmmədov, Ruslan Abdullayev (hər ikisi "Torpedo, Rusiya), Əbülfəz Kərimli ("Bolonya", İtaliya), Rahib Abışov ("Elektroavtomatika", Rusiya) və Təbriz İsmayılovdur ("Zenit", Volqoqrad, Rusiya).
Həsənovun ölkədən kənarda oynayan çağırdığı 8 futbolçudan 7-si Rusiyada oynayandır. Qalan bir futbolçu - Əbülfəz Kərimli isə İtaliyanın "Bolonya" klubundan cəlb olunub.
http://www.stadium.az/
“Dinamo”nun kapitanı: “Bugünkü oyunun favoriti bizik”
“Biz bu oyunun vacibliyini yaxşı bilirik və böyük həyəcanla matçın başlamağını gözləyirik. Onların üstün cəhətlərini və nəyə qadir olduqlarını bilirik”.
Qol.Az-ın Xorvatiya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Dinamo”nun kapitanı Milan Badelj deyib.Onun sözlərinə görə, “Dinamo” bu günkü oyunda azarkeşlərin köməyi ilə cari mövsümdə avrokuboklarda ilk qələbəsini qazxana bilər:
“Rəqibin gücü məlumdur. Düzdür, onlara üstdən-aşağı baxmaq olmaz. Ancaq bu günkü oyunun favoriti bizik. Mən belə düşünürəm ki, stadionu dolduran azarkeşlərin də köməyi ilə avrokuboklarda ilk qələbəmizi qazana bilərik”.
Qol.Az-ın Xorvatiya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Dinamo”nun kapitanı Milan Badelj deyib.Onun sözlərinə görə, “Dinamo” bu günkü oyunda azarkeşlərin köməyi ilə cari mövsümdə avrokuboklarda ilk qələbəsini qazxana bilər:
“Rəqibin gücü məlumdur. Düzdür, onlara üstdən-aşağı baxmaq olmaz. Ancaq bu günkü oyunun favoriti bizik. Mən belə düşünürəm ki, stadionu dolduran azarkeşlərin də köməyi ilə avrokuboklarda ilk qələbəmizi qazana bilərik”.
http://www.qol.az/
"Müstəqillik-20" turnirini kim qazandı?
Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə yeniyetmələr arasında “Müstəqillik-20” turniri başa çatıb. Olimpiya.az-ın məlumatına görə, Şərur Olimpiya idman kompleksində baş tutan final oyununda yerli futbolçularla Şahbuz komandası üz-üzə gəlib. Daha üstün oyun göstərən şərurlular 6:5 hesabı ilə qalib gəliblər.
Komandalar MR Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının kubok və diplomları ilə mükafatlandırılıblar.
Mənbə: AzərTAc
Çili ilə Uruqvay da adını növbəti mərhələyə yazdırdı
Argentinada keçirilən “Copa America”nın C qrupunda da oyunlara yekun vurulub. Olimpiya.az-ın məlumatına görə, lider komandaların - Çili və Perunun görüşündə nəticə son saniyədə dəyişib. Peru yığmasının futbolçusu Dias Kamillo avtoqola imza atmaqla, Çilini 1/4 finala “daşıyıb”.
Perunun uduzmasından yararlanan Uruqvay milli komandası meksikalıları 1:0 hesabı ilə yenməklə, adını növbəti mərhələyə yazdırıb.
http://www.olimpiya.az/
вторник, 12 июля 2011 г.
K.Tsxadadze: “Toplanışın yekunlarından razıyam”
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bizimlə söhbətində Türkiyə toplanışının yekunları haqqında danışdı və komandanın mümkün gücləndirilməsi barədə fikirlərini açıqladı.
-Mən toplanışın yekunundan razıyam. Böyük həcmli iş yerinə yetirdik. Bu toplanışın əsas məqsədi növbəti hazırlığın özülünün qoyulmasından ibarət idi və mən düşünürəm ki, bu, bizə müyəssər oldu. Futbolçulara fiziki yükləmə böyük oldu, onlar çox yoruldular, buna baxmayaraq, qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən gəldilər. Qeyd edim ki, Türkiyədə keçirilmiş yoxlama matçlarında komandamız oyundan oyuna irəliləyirdi.
Onu da deyim ki, bir neçə mövqeyi gücləndirmək lazımdır. Komandanın güclənməyə ehtiyacı var. Türkiyəyə baxışa bir neçə futbolçu gəldi. Bütün bu futbolçular azad agentlər idilər, bu isə o deməkdir ki, onlar komandasız qalmışdılar və tam proqramla məşq etmək imkanına malik olmamışdılar, fərdi qaydada məşq etmişdilər. Onlar toplanışa hazırlıqsız vəziyyətdə gəlmişdilər və onları yaxşı vəziyyətə gətirmək üçün vaxt tələb olunurdu. Bizimlə toplanışda olan iki oyunçuya komandayla ikinci toplanışa yollanmağı təklif etdim. Orada bir müddətdən sonra onların da gələcəyinə aydınlıq gətiriləcək. Təbii ki, onlar bizim təklifi qəbul edib ikinci toplanışa getmək istədikləri halda dediklərim reallaşa bilər.
Bundan başqa, hər hansı bir baxış keçirilmədən komandada görmək istədiyim iki futbolçu var. Bu məsələ ilə bağlı klub rəhbərliyilə söhbət etmişik. Onlar bu iki oyunçunu komandaya cəlb etməyə razılıq verdilər və bu istiqamətdə danışıqlar gedir. Hər şey yaxın günlərdə müəyyənləşəcək. Bu futbolçuların komandamıza keçmələrini çox istərdim, axı, onlar komandanı çox gücləndirə bilərdilər.
http://www.inter.az/
Elman Rüstəmov yığma komandamızın üzvlərilə görüşdü
"Çinin Ninbo şəhərində kişilərdən ibarət komandalar arasında keçiriləcək dünya çempionatında Azərbaycan şahmatçıları əsas favoritlərdəndi". Fanat.az xəbər verir ki, bu sözləri turnir ərəfəsində Azərbaycan yığma komandasının üzvlərini qəbul etmiş Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib. O, şahmatçılarımızın Avropa çempionatında komandamızda mövcud olan ruh yüksəkliyini və qələbə əzmini bu dəfə də göstərməli olduqlarını qeyd edib: "Belə güclü heyətlə siz dünya çempionu ola bilərsiniz. Ümid edirəm ki, siz layiqli nəticə göstərəcəksiniz”. Federasiya prezidenti onu da qeyd edib ki, Vüqar Həşimov qayıdandan sonra komandamız yenidən əvvəlki kimi güclüdü.
Xatırladaq ki, Çində yarışlar iyulun 16-dan 27-dək davam edəcək. Azərbaycan yığmasının heyətində Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edəcək.
http://www.fanat.az/
Gencler "sulh"le bashladi
18 yashinadek oglanldardan ibaret otyustyu hokkey yigmamiz Slovakiyanin paytaxti Bratislavada kechirilen Avropa cempionatinda ilk oyuna chixib. Gite birinciliyinde ilk defe chixish eden gencler Xorvatiyayla gorushun ilk hissesini 0-1 hesabi ile tamamlayib. Ancaq fasileen sonra "status-kvo"nu berpa eden millimiz debyutyunu "sulhle" geyd edib. Hokkeycilerimiz novbeti turda Cenubi Kipri 7-1 hesabiyla darmadagin eden Litvayla garshilashacaq.
Futbol+ gazeti
Futbol+ gazeti
Azərbaycan - Belçika oyununun zamanı və məkanı açıqlandı
Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Belçika milli komandaları arasında sentyabrın 2-də keçiriləcək matçın yeri və başlama saatı müəyyənləşib. Olimpiya.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Belçika ilə oyundan 4 gün sonra - sentyabrın 6-da milli komandamız Lənkəran şəhər mərkəzi stadionunda Qazaxıstanı qəbul edəcək. Həmin qarşılaşma saat 20:00-da start götürəcək.
AZAL "Rəvan"la da bacara bilmədi
Avroliqanın birinci təsnifat mərhələsində mübarizəni dayandıran AZAL ilk yoxlama oyununu keçirib. Olimpiya.az-ın məlumatına görə, “təyyarəçilər” bu gün “Dalğa Arena”da Premyer Liqanın debütantı “Rəvan”la qarşılaşıb.
Oyunda hesabı “Rəvan”ın hücumçusu Con Pelu açıb. AZAL buraxılan qolun əvəzini yalnız ikinci hissədə çıxa bilib. Belə ki, fasilədə “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov meydana əsasən əvəzediciləri buraxıb ki, bundan yararlanan AZAL qol vurub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ötən həftə keçirilən “Minsk”lə oyunundan sonra Nazim Süleymanov istefa verdiyindən, AZAL oyuna baş məşqçisiz çıxıb.
“Topaz”: “Qarabağ” səfərdən qələbə ilə qayıdacaq
“Topaz” iyulun 12-14-də keçiriləcək Çempionlar Liqasının və Avroliqanın II təsnifat mərhələsinin ilk görüşlərinin əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, onlar bu yarışlarda iştirak edəcək 3 Azərbaycan klubundan yalnız Ağdamın “Qarabağ” klubunun qələbə qazanacağını proqnozlaşdırırlar.
Belə ki, “Topaz” Avroliqada mübarizə aparan Qurban Qurbanovun yetirmələrinin Farer adalarının “Streymur” komandası ilə duelində qalib gəlməsinə 1,25 əmsal verib. Həmyerlilərimizin məğlubiyyəti 8,50, heç-heçə etməsi 4,25 əmsalla qiymətləndirilib.
“Qarabağ”la bərabər, ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın qələbə qazanması isə çətin olacaq. “Topaz” Mirça Rednikin komandasının səfərdə rəqibini məğlub etməsinə 12,00, heç-heçəsinə isə 6,00 əmsal verib. “Makkabi”nin qalib gəlməsi 1,10 əmsaldır.
Çempionlar Liqasında uzun fasilədən sonra yarışacaq “Neftçi”nin də çətinliklə üzləşəcəyi proqnozlaşdırılır. “Topaz” onların Zaqreb “Dinamo”suna qalib gəlməsini 8,00, məğlub olmasını 1,15 əmsalla qiymətləndirib. Oyunda heç-heçəyə pul qoyanlar isə 6 dəfə əmanətlərini artırmaq şansı qazanacaqlar.
http://www.apasport.az/
Belə ki, “Topaz” Avroliqada mübarizə aparan Qurban Qurbanovun yetirmələrinin Farer adalarının “Streymur” komandası ilə duelində qalib gəlməsinə 1,25 əmsal verib. Həmyerlilərimizin məğlubiyyəti 8,50, heç-heçə etməsi 4,25 əmsalla qiymətləndirilib.
“Qarabağ”la bərabər, ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın qələbə qazanması isə çətin olacaq. “Topaz” Mirça Rednikin komandasının səfərdə rəqibini məğlub etməsinə 12,00, heç-heçəsinə isə 6,00 əmsal verib. “Makkabi”nin qalib gəlməsi 1,10 əmsaldır.
Çempionlar Liqasında uzun fasilədən sonra yarışacaq “Neftçi”nin də çətinliklə üzləşəcəyi proqnozlaşdırılır. “Topaz” onların Zaqreb “Dinamo”suna qalib gəlməsini 8,00, məğlub olmasını 1,15 əmsalla qiymətləndirib. Oyunda heç-heçəyə pul qoyanlar isə 6 dəfə əmanətlərini artırmaq şansı qazanacaqlar.
Liqa | Saat | Kod | Ev sahibi komanda | 1 | X | 2 | Qonaq komanda |
Çərşənbə 13/07/2011 | |||||||
ÇMP | 23:00 | 531 | Dinamo Zaqreb | 1,15 | 6,00 | 8,00 | Neftçi |
Cümə axşamı 14/07/2011 | |||||||
AVL | 22:30 | 560 | Makkabi Təl Əviv | 1,10 | 6,00 | 12,00 | Xəzər Lənkəran |
AVL | 23:00 | 565 | Streymur | 8,50 | 4,25 | 1,25 | Qarabağ |
http://www.apasport.az/
Hollandiya milli komandasının oyunçusu “Bakı”da!
Bu il ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “Bakı” voleybol klubu klubu növbəti transfer bombalarını partladıb. Apasport.az saytının məlumatına görə, avrokubokda debüt edəcək paytaxt təmsilçisi Hollandiya milli komandasının lideri İnqrid Visser və İtaliya yığmasının aparıcı voleybolçusu Rafaella Kalloninin keçidini həll edib. Onlarla 1 illik müqavilə imzalanıb.
34 yaşlı Visser 191 sm boya malikdir. Milli komandasının heyətində Avropa çempionatının qızıl, gümüş medalını qazanan və Dünya Qran-prisinin qalibi olan hollandiyalı 2009-cu ildən şərəfini qoruduğu İspaniyanın “Mursiya” klubundan transfer olunub. 466 dəfə millisinin formasını geyinən İnqrid İspaniyanın “Tenerife” komandası ilə Çempionlar Liqasını (2004), İtaliya “Viçenza”sı ilə isə CEV kubokunu (2001) başı üzərinə qaldırıb. O, Azərbaycan yığmasına qarşı da dəfələrlə oynayıb.
Karyerası ancaq vətəni ilə bağlı olan Rafaella məşhur “Novara” ilə 2005-ci ildə “Top-komandalar” kubokuna sahib olub. 187 sm boya malik 28 yaşlı voleybolçu həmçinin, “Jesi” ilə “Çelenc Cup”ı (2009), “Novara” ilə İtaliya Super kubokunu (2005) və son komandası olan “Villa Korteza” ilə ölkə kubokunu qazanıb (2011).
Qeyd edək ki, “Bakı” bu voleybolçulardan öncə braziliyalı oyunçular - Renata Kolombo (Renatinya), Barboza Cibele və Alessandra Fratonini, habelə, baş məşqçi postuna onların həmyerlisi Ancelo Vercesini gətirmişdi.
http://www.apasport.az/
понедельник, 11 июля 2011 г.
"Xəzər Lənkəran" Avstriyadan Təl-Əvivə yola düşür
"Xəzər Lənkəran" Avstriya toplanışını başa vurub. Stadium.Az xəbər verir ki, iyunun 20-dən Avstriyanın Fulmpes şəhərində Avropa Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşan Lənkəran klubu bu gün sözügedən ölkədə son məşqinə çıxıb.
Bakı vaxtı ilə saat 13.30-da başlayan məşqdə Mirça Rednik yetirmələrini əsasən taktiki gedişlər üzərində çalışdırıb.
Məşqdən sonra futbolçulara bir neçə saatlıq istirahət verilib. Az sona "Xəzər Lənkəran" avtobusla Avstriyanın İnsburq şəhərnə yollanacaq. İnsburqdakı "Kranebitten" hava limanından Vyanaya uçacaq komanda ordan da təyyarə ilə Təl-Əvivə yola düşəcək. "Xəzər Lənkəran" bu gecə, Bakı vaxtı ilə saat təxminən 02.00-da Tel-Əvivin "Ben Gurion" hava limanına enəcək.
http://www.stadium.az/
Bakı vaxtı ilə saat 13.30-da başlayan məşqdə Mirça Rednik yetirmələrini əsasən taktiki gedişlər üzərində çalışdırıb.
Məşqdən sonra futbolçulara bir neçə saatlıq istirahət verilib. Az sona "Xəzər Lənkəran" avtobusla Avstriyanın İnsburq şəhərnə yollanacaq. İnsburqdakı "Kranebitten" hava limanından Vyanaya uçacaq komanda ordan da təyyarə ilə Təl-Əvivə yola düşəcək. "Xəzər Lənkəran" bu gecə, Bakı vaxtı ilə saat təxminən 02.00-da Tel-Əvivin "Ben Gurion" hava limanına enəcək.
http://www.stadium.az/
воскресенье, 10 июля 2011 г.
"Neftçi" "Styau" matçı baş tutmadı
Azərbaycan çempionu "Neftçi" ilə Rumıniyanın "Steaua" klubları arasındakı yoldaşlıq görüşü baş tutmayıb. Stadium.Az xəbər verir ki, rumınlar bakılıların əvəzində Moldovanın "Rapid" klubuyla qarşılaşmalı olublar.
"Ağ-qaralar" isə artıq yoldaşlıq görüşlərini başa vurublar. Arif Əsədovun komandası artıq bir də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" (Zaqreb) ilə oyununda meydana çıxacaq.
http://www.stadium.az/
"Ağ-qaralar" isə artıq yoldaşlıq görüşlərini başa vurublar. Arif Əsədovun komandası artıq bir də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" (Zaqreb) ilə oyununda meydana çıxacaq.
http://www.stadium.az/
Подписаться на:
Сообщения (Atom)












