Loading

суббота, 27 августа 2011 г.

Vaqif Cavadov 22 dəqiqə oynadı, “Volqa” qələbə qazandı

Rusiya Premyer Liqasında XXII tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” klubu növbəti görüşünə çıxıb. Nijni Novqorod təmsilçisi öz meydanında “Terek”i qəbul edib.

“Volqa”nın 3:1 hesabla qalib gəldiyi qarşılaşmada Cavadov 68-ci dəqiqədə ikinci qolun müəllifi Qoça Xodjavanı əvəzləyib

“Volqa” – “Terek” – 3:1
Tursunov, 18; Qoqua, 39; Xodjava, 54 – Pavlenko, 85

Azərbaycan yığması Avropa çempionatını 10 medalla başa vurdu



Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasından ağır atletika üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, podiuma çıxan Nailxan Nəbiyev (85 kq) Azərbaycan milli komandasının aktivindəki medalların sayını 10-a çatdırıb. Belə ki, gənc atletimiz birdən qaldırma yarışlarında 146 kq çəkinin öhdəsindən gəlib və kiçik bürünc medal qazanıb. Ardınca təkanla qaldırmada 186 kq çəkinin öhdəsindən gələn həmyerlimiz daha 1 kiçik qızıl medala sahib olub. Yekunda isə 2 hərəkətin cəminə 332 kq çəkini başı üzərinə qaldıran Nəbiyev Avropa çempionu adına layiq görülüb. Lakin 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Turan Abdullayev və Tofiq Allahverdiyev yarışı medalsız başa vurub. Onlar müvafiq olaraq, 4-cü və 13-cü yeri tutub. Qitə birinciliyi davam etsə də, milli komandamız yarışda çıxışını yekunlaşdırıb.

http://www.sonxeber.az/

"Barselona" "Real"ı geridə qoydu


“Barselona” əzəli rəqibi “Real”ı arxada qoyub. Stadium.az xəbər verir ki, “Portu”ya 2:0 hesabı ilə qalib gəlməklə UEFA Superkubokunu əldə edən kataloniyalılar tarixinin 76-cı rəsmi titulunu qazanıb.  Bununla, “Barselona” “Kral klubu”nu keçməyə müvəffəq olub. Madridlilərin hesabında rəsmi turnirlərdə qazanılan 75 titul var. “Real”ı 1964-cü ildə önə buraxan “Barselona” 47 ildən sonra paytaxt təmsilçisini yenidən keçməyi bacarıb. 

http://www.stadium.az/

"Neftçi" İSM yalnız yerli oyunçulara güvənəcək

Rikardo Kaka: "Heyətdə perspektivli və güclü yerli oyunçularımız var"
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Neftçi" İSM futzal klubu hazırlığın ikinci planını Belarusun paytaxtı Minskdə sürdürəcək.
Komandanın hazırlıq planı barədə ətraflı məlumat öyrənmək üçün baş məşqçi Paulo Rikardo Kaka ilə əlaqə saxladıq.
Braziliyalı çalışdırıcı Minskə yollanmamışdan öncə Premyerliqa.az saytına komandanın hazırlıq planı barədə məlumat verdi: "Fiziki hazırlığı Bakıda yerinə yetirmişik. Minskə yollanmağımızın əsas səbəbi taktiki gedişlər üzərində işləmək, yoxlama görüşlərində qüvvəmizi sınamaqdır. Təxminən on gün müddətində orada olacağıq.
Bu müddət ərzində Belarus çempionatında mübarizə aparan güclü rəqiblərlə üç yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq.
Heyətlə bağlı da bir sıxıntımız yoxdur. Milli komandanın düşərgəsində Latviyada olan Rüfət Balakişiyev və Seymur Məmmədov da artıq heyətə qoşulub. 
Heyətimizə yeni cəlb etdiyimiz futzalçılar arasında Fərid Atakişiyev, Seymur Məmmədov, Asif Zeynalovun da adlarını çəkə bilərəm. Onların da komandamıza kömək ola biləcəklərinə əminəm".
Braziliyalı mütəxəssis yeni mövsüm çempionluğa oynayacaqlarını, lakin legionersiz bunun çox çətin olacaqını bildirdi: "Komanda rəhbərlərinin verdiyi qərarla qarşıdaki mövsüm ancaq yerli futzalçılarla mübarizə aparacağıq. Çempionluğa oynamaq istəyirik. Ancaq bilirəm ki, bu çətin olacaq.
Çünki ötən mövsüm 5 braziliyalı ilə çempionluğa oynamaq belə çətin alındı. Bu il də legionersiz çox çətin olacaq. Amma neyləmək olar, komanda rəhbərlərinin atdığı addım bu cürdür. Heyətimizdə perspektivli və güclü yerli oyunçular var. Həmin yerlilərlə də yüksək pillələrə oynaya bilərik".

http://www.premyerliqa.az/

Azərbaycan 14:0 hesabı ilə qələbə qazandı


Avstriya klubu biabır oldu
Avstriyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçına çıxıb.
Premyerliqa.az xəbər veir ki, millimiz "Pinzgau" klubunun U-15 komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 14:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Komandamızın heyətində qolları Elnur Cəfərov (4 qol), Peyman Natiq (3), Ruslan Hacıyev, Renat Ağaverdiyev, Şaban Cəbrayılov, Fərid Əskərli, Kamran Nəcəfzadə, Məhəmməd Hüseynov vurub. Bir qolu isə Avstriya təmsilçisi öz qapısından keçirib.

http://www.premyerliqa.az/

ALMANİYA MİLLİSİNİN HEYƏTİ AÇIQLANDI


Avro-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasının heyəti müəyyənləşib. Supersport.Az-ın məlumatına görə, Bundestimin baş məşqçisi Yoaxim Löv heyətə 23 futbolçu dəvət edib. 
Qapıçılar: Мanuel Noyer ("Bayern"), Тim Vize ("Verder"), Ron-Robert Siler ("Hannover").
Müdafiəçilər: Holqer Badştuber, Filipp Lam, Jerom Boatenq (hamısı "Bayern"), Marsel Şmelser, Маts Hummels (hər ikisi "Borussiya" D), Benedikt Hevedes ("Şalke"), Per Меrtezaker ("Verder"), Kristian Treş ("Volfsburq").

Yarımmüdafiəçilər: Toni Kros, Bastian Şvanştayger, Тоmas Müller (hamısı "Bayern"), Sven Bender, Маrio Qetse (hər ikisi "Borussiya" D), Simon Rolfes, Аndre Şyurrle (hər ikisi "Bayer"), Меsut Özil ("Real" M), Маrko Roys ("Borussiya" Мünhünqladbaxt).
Hücumçular: Маrio Qomes ("Bayern"), Мiroslav Кloze ("Latsio"), Lukas Podolski ("Кöln").
Qeyd edək ki, Almaniya millisi sentybarın 2-də öz meydanında Avstriyanı qəbul edəcək. 6 sentyabrda isə Polşa millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

http://www.supersport.az/

İNGİLİSLƏRİN YIĞMAMIZA QARŞI HEYƏTİ MÜƏYYƏNLƏŞDİ


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də yığmamızı qəbul edəcək İngiltərə yığmasının heyətini diqqətinizə çatdırırıq:
Qapıçılar: Ben Amos, Cek Butland, Deklan Rudd

Müdafiəçilər: Natan Baker, Joe Bennett, Metyu Briqqs, Stiven Kaulker, Kreyq Dauson, Con Flanaqan, Fil Cons, Martin Kelli, Kil Uolker, Andre Visdom
Yarımmüdafiəçilər: Ross Barkli, Dan Qoslinq, Cordan Henderson, Emmanuel Frimponq, Henri Lansburi, Coş Mak İkran, Aleks Okslade-Çamberleyn, Cek Roduell, Jonjo Şelvi

Hücumçular: Natan Delfouneso, Marvin Sordell, Martin Uaqhorn, Danni Uelbek, Konnor Vikhem

Yığmamızın Xorvatiya ilə oyununun vaxtı dəqiqləşdi


17 yaşadək futbolçular arasında Avropa çempionatının I seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız ilk matçını Xorvatiyaya qarşı keçirəcək. 7-ci qrupda oynayan millimiz sonra Belçika, axırıncı görüşdə Ukrayna ilə üz-üzə gələcək.


25 oktyabr

18:30. Xorvatiya – Azərbaycan
Valbruna, Rovinj stadionu

27 oktyabr

18:30. Belçika – Azərbaycan
Umag şəhər stadionu

30 oktyabr

18:30. Azərbaycan – Ukrayna
Poreç, Veli Joze stadionu

"Bakı" paytaxtda biabır oldu



"Turan" rəqibini darmadağın etdi

Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında IV tura yekun vurulub. Olimpiya.az-ın məlumatına görə, "Simurq" klubunu qəbul edən "Turan" rəqibini 5:0 hesabı ilə məğlub edib.

Tovuz komandasının heyətində Qalib Əmrahov (dəq.2; 12; 63) və Emil İbrahimov (dəq.47) fərqləniblər. Daha bir qol isə Səfər Şabanovun (dəq.13) avtoqolu sayəsində qeydə alınıb.

Yeni reytinq cədvəli açıqlandı


Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) yeni reytinq cədvəlini açıqlayıb. Olimpiya.az saytının məlumatına görə, Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində tərtib olunan siyahıya hər çəki dərəcəsində təxminən 50-55 ən güclü boksçunun adı salınıb. Reytinq cədvəlinə Azərbaycan yığmasının 11 üzvü düşüb. Yalnız 56 kq və 69 kq çəki dərəcələrində təmsilçilərimiz yoxdur.

49 kq
1. Salman Əlizadə 1600 xal

52 kq
7. Şaban Şahpələngov 800
12. Elvin Məmişzadə 600
52. Maqomed Abdulhamidov 150

60 kq
32. Elvin İsayev 337,5
39 Elvin Baxşəliyev 250

64 kq
20. Heybətulla Hacıəliyev 500

75 kq
41. Rahib Bəylərov 250

81 kq
58. Vətən Hüseynli 112,5

91 kq
3. Teymur Məmmədov 912,5

+91 kq
37. Fərqan Ömərov 300

четверг, 25 августа 2011 г.

Qurban Qurbanov Qəbələ ilə oyun öncəsi sevindi


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turunun “Qəbələ” ilə qarşıdan gələn oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Böyük ehtimalla bu oyunda Əfran İsmayılovla Rəşad Sadiqov da iştirak edəcək. Onlar artıq zədələrini sağaldıblar. Onların sıraya dönüşünə çox sevinirik. Nəzərə alsaq ki, heyətimizdə başqa itkilər də var, bu, bizim üçün çox önəmlidi. Amma istənilən halda “Qəbələ” ilə oyunumuz çox çətin alınacaq. Ancaq yaxşı nəticəyə ümid edirik. Qələbə qazanmağa çalışacağıq”.

"Karvan"dan böyük hesablı qələbə

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparacaq "Karvan" yeni mövsüm hazırlıqlarını davam etdirir. Olimpiya.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Yevlax klubu yoxlama oyununda qüvvəsini sınayıb.

"Şəmkir"lə qarşılaşan “Karvan” rəqibini 5:2 hesabı ilə məğlub edib. Yevlaxlıların heyətində Ruslan Hüseynov (2), Elçin Həşimov, Bəxtiyar Seyfullayev və Anar Həsənov fərqləniblər.

Voleybol Azerbyayacan-Uralochka gorushu Bakida,olacaq!!.

Bize qadinlardan ibaret Azerbaycan voleybol yigma komandasinin meshgisi Alexey Cervyakov verdii melumata gore Sentyabrin 2-3 Bakida 3 komandanin Azerbyacan yigmasi,Lokomotiv ve Uralochka voleybol klublarin yoldashlig gorushleri olacaq,gorushler ya Idman Sarayinda yada ki Azerbaycan Voleybol federaciyasinda olacaq.

"Fənərbaxça"nın baş məşqçisi istefa verdi!


“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib. Olimpiya.az-ın məlumatına görə, türkiyəli mütəxəssis İstanbul klubunun Avropa kuboklarından uzaqlaşdırılmasından sonra bu addımı atıb. Türkiyə Futbol Federasiyası ötən mövsüm danışılmış oyunlarla bağlı araşdırmadan sonra “Fənərbaxça”nın Çempionlar Liqasının qrup mərhələsinə buraxılmamağı haqda qərar qəbul edib.

Qeyd edək ki, Aykut Kocaman “sarı-lacivərdlilər”ə ötən mövsümdən rəhbərlik edirdi. O, komandasına ilk cəhddə Türkiyə çempionluğunu qazandırmışdı.

http://www.olimpiya.az/

вторник, 23 августа 2011 г.

Napolinin prezidenti Azərbaycana qarşı çıxır?


İtaliyanın “Napoli” klubunun prezidenti Dino de Laurentis maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının iştirakçılarının siyahısına yenidən baxmağı məsləhət görüb:

“Fikrimcə, Mişel Platini elə sxem təşkil etməlidi ki, Çempionlar Liqasında daha çox ölkə çempionları iştirak etməlidilər və onlara hazırda qazandıqlarından daha çox vermək lazımdı”.
 
O, həmçinin maraqlı bir fikir də səsləndirib: “Transfer bazarına da güclü nəzarət lazımdı. Amma belə Azərbaycandan hansısa varlı bir şəxs gəlir və transfer bombasını partladır”.
 
Sonda qeyd edək ki, Laurentis bu açıqlamasında böyük ehtimalla Dağıstandan olan milyonçu Süleyman Kərimovu nəzərdə tutur. Bir müddət öncə “Anji”ni himayəyə götürən bu şəxs son dövrlər artıq xeyli ulduz futbolçunu Mahaçqala klubuna aparıb və hazırda kamerunlu hücumçu Samuel Etonun keçidini həll etmək üzrədi.

http://www.azerisport.az/

Türkiyə milli komandası dünya çempionu oldu


Türkiyənin gənc qızlardən ibarət voleybol üzrə yığması dünya çempionu titulunu qazanıb. Olimpiya.az saytının məlumatına görə, “ay-ulduzlular” Türkiyənin paytaxtı Ankarada təşkil olunan yarışın finalında Çin milli komandasını məğlub edib - 3:0 (25:19; 25:17; 25:22). Beləliklə, türkllər voleybol tarixlərində ilk dəfə dünya çempionluğu sevincini yaşayıblar.

Xatırladaq ki, qardaş ölkənin voleybolçuları bu titulu 2007-ci ildə Meksikada keçirilən analoji yarışda qazana bilərdilər. Ancaq həmin vaxt məhz Çin yığması “ay-ulduzlular”a 3:1 hesabı ilə qalib gələrək, dünya çempionu olmuşdu.

Tural Nərimanov yenidən "Neftçi"də


"Neftçi" icarəyə verdiyi daha bir futbolçusunu geri qaytarıb. Stadium.az xəbər verir ki, hücumçu Fərid Quliyevin ardınca müdafiəçi Tural Nərimanov komandaya dönüb.
Gənclər yığmamızın sabiq üzvü, milli komandamıza da cəlb olunan Nərimanov "Neftçi"nin son məşqlərinə qatılıb. Onunla klub rəhbərliyi arasında ilkin danışıq olsa da, hələ ki rəsmi müqavilə imzalanmayıb. Tərəflər arasında rəsmi sənəd yaxın günlərdə qüvvəyə minəcək.

http://www.stadium.az/

AZƏRBAYCAN KLUBLARI UEFA REYTİNQİNDƏ NEÇƏNCİDİR?


ƏN İRƏLİDƏ "QARABAĞ" VƏ "BAKI"DIR
Supersport.Az-ın əldə etdiyi məlumata görə, UEFA klubların yeni reytinqini açıqlayıb.  
400 komandanın yer aldığı siyahı, onların son 5 mövsümdə Avropa yarışlarında çıxışlarına əsasən hazırlanıb.
Azərbaycanın təmsilçiləri arasında ən irəlidə olan "Qarabağ"dır. Ağdam klubu 5.241 xalla 204-cüdür. 

Təmsilçilərimizin reytinqdə tutduğu yer belədir: 
204. “Qarabağ” 5.241
275. “Bakı” 3.241
305. “İnter” 2.491
320. “Neftçi” 2.241
330. “Xəzər Lənkəran” 1.991
360. AZAL 1.491
361. “Simurq” 1.491


Reytinqə 130.419 xalla “Mançester Yunayted” liderlik edir. Sonrakı iki yeri “Barselona” (128.108 xal) və “Çelşi” (107.419 xal) tutur.
İlk “onluq”da qərarlaşan klublar:

1. “Mançester Yunayted” 130.419 xal

2. “Barselona” 128.108 
3. “Çelşi” 107.419 xal
4. “Bayern” 102.353 
5. “Arsenal” 94.419 
6. “Real” 90.108 
7. “Portu” 90.085 
8. “İnter” M 89.124 
9. “Liverpul” 88.419 
10. “Şaxtyor” 78.876

http://www.supersport.az/

воскресенье, 21 августа 2011 г.

Türkiyə Superliqasının formatı dəyişdirildi


Türkiyə Superliqası yeni mövsümdən fərqli formatla keçiriləcək. Stadium.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Ali Aydınlar açıqlama verib.
Son yaşanan hadisələrdən sonra Türkiyə futbolunun imicini yenidən özünə qaytarmağa çalışan Aydınlar bunun çıxış yolunu Superliqanın formatının dəyişdirilməsində görüb.
Aydınların sözlərinə görə, yeni mövsümdən etibarən Superliqada ilk 4 yeri tutan komandalar öz aralarında "play-off" oyunları oynayacaq. Məhz bundan sonra Çempionlar Liqasına gedəcək komandaların adına aydınlıq gələcək.
"Play-off" görüşlərindən sonra birinci yeri tutan komanda birbaşa Çempionlar Liqasına, ikinci yeri tutan klub isə ÇL-in "play-off" mərhələsində oynamaq imkanı qazanacaq.
Bu yarışda üçüncü pilləni tutan komanda Avroliqaya gedəcəyi halda, dördüncü yerin sahibi isə gözləməli olacaq. Çünki Superliqanı 5-ci və 8-ci pillədə başa vuran 4 komanda da öz aralarında "play-off" oyunları keçirəcək. Burada qalib olan tərəf isə ÇL uğrunda yarışmada 4-cü pilləni tutan komanda ilə neytral meydanda oyun keçirəcək.
Məhz bu oyundan sonra Avroliqaya gedəcək növbəti komandanın adı müəyyənləşəcək. Türkiyə kubokunun sahibi isə birbaşa Avroliqada çıxış edəcək.

Sadıqov Səmədovla üz-üzə

Bu gün Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisiVaqif Sadıqovun çalışdığı “Anji” doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşır.
 
Qeyd edək ki, həmyerlimizin komandasının işləri bu mövsüm heç də pis getmir. Hər halda 33 xala malik Mahaçqala klubu 6-cı pillədə qərarlaşıb. Moskva təmsilçisi isə onlardan 5 xal qabaqdadı və 3-cü yerdə gedir.
 
Maraq üçün onu da vurğulayaq ki, Sadıqovun komandası əslən azərbaycanlı olan futbolçunun çıxış etdiyi kluba qarşı mübarizə aparacaq. “Dinamo”nun heyətində yarımmüdafiəçi Aleksandr Səmədov çıxış edir.
 
Rusiya Premyer Liqası
21-ci tur
21 avqust
 
22:00. Anji - Dinamo (Moskva)

Russiya cempionu,.Azerbaycanda fanatnan shekil cektirib!

2000 ilin shaxmat uzre Russiya cempionu Volkov Sergey  Novxanida Af hotelde  http://www.sport-evrovision.blogspot.com/ saytin sahibi Elmar Qasimov Zahid ogliyle shekil cektirib! Qeyd edek ki Elmar Qasimov Zahid ogli  shaxmatta Volkov Sergeyin fanatidir.

Bash katib demir yolun Reisiyle gorushyub

Dunen Azerbaycan,voleybol federaciyasinda,voleybol federaciyamizin Bash katibi Elshen Ismayilov ve Demir yolumuzun reisi Arif mellim gorushubler. Demir yolumuzun reisini ise AA nomreli mashinda surucu gozdeyirdi.
Geyd edek ki Elshen Ismayilov hem, qadin Lokomotiv voleybol klubunun Vitse Prezidentidir,  Arif mellim ise Lokomotiv klubun Prezidenti hem de sponsorudu.

суббота, 20 августа 2011 г.

Qalmaqallı oyunla bağlı qərar nə vaxt çıxarılacaq?


Bakı” ilə oyunu yarımçıq tərk edən “İnter”i ağır cəza gözləyir. Azerisport.az xəbər verir ki, çempionatın əsasnaməsinə əsasən bank klubu böyük məbləğdə cərimə ödəyəcək.
 
Əsasnaməyə görə ki, bu kimi hal birinci dəfə baş verdikdə klub 40 min manat cərimə olunur. Təkrar halda isə cərimənin məbləği 200 min manata qədər artır.
 
Həmçinin oyunun başa çatmamasına səbəb olan komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.
Bundan başqa “İnter”in prezidenti, baş məşqçisi, iğtişaşda iştirak edən digər rəsmi şəxsləri və futbolçularını ağır cəzalar gözləyir.
 
Olayla bağlı AFFA İntizam Komitəsi qərar verəcək. Bu haqda saytımıza açıqlamasında PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, PFL prezidenti Ramin Musayev hazırda sağlıq durumu ilə əlaqədar Bakıdan kənardadı.

“İnter”i 40 min manat cərimə gözləyir


AFFA-nın İntizam Komitəsi “İnter” klubuna ağır cəza verəcək. Apasport.az saytının xəbərinə görə, III tur çərçivəsində “Bakı” ilə görüşü yarımçıq tərk etdiyi üçün “bankirlər”ə Premyer Liqanın Əsasnaməsinə uyğun olaraq 40 min manat cərimə kəsiləcək.

Meydanda baş verən dava-dalaşı da nəzərə alsaq, “İnter”i böyük məbləğdə cəza gözləyir. AFFA-nın İntizam Komitəsi bununla bağlı avqustun 23-də qərar çıxaracaq.

Nikolov: "Belə getsə, çempionatdan çıxacağıq"


“Hər şeyi özünüz gördünüz. Hakimlər qapımıza 2 penalti təyin etdilər və bunların ikisi də mübahisəli idi”. Olimpiya.az-ın məlumatına görə, bunu “Bakı” ilə oyundan sonra “İnter”in prezidenti Georgi Nikolov deyib.

Nikolov “bankirlər”in çempionatdan çıxmağının mümkünlüyünü də bildirib: “Mən demirəm ki, biz “Bakı”dan güclüyük. Amma hakimlər belə bir oyunu əməlli-başlı korladılar. Qoy belə referilər uşaqlar arasında oyunlarda təcrübə toplasınlar. Onları ələ salsınlar, sonra bizim oyunlara gələrlər. Belə çempionatda iştirak eləməmək daha yaxşıdır. Belə getsə, çempionatdan çıxacağıq”.

"Xəzər Lənkəran"dan üçüncü qələbə, paytaxt derbisində böyük qalmaqal!


Unibank Premyer Liqasında daha iki oyun başa çatıb. Olimpiya.az-ın məlumatına görə, əvvəlcə lider “Xəzər Lənkəran” “Turan”ı qəbul edib. Lənkəran şəhər mərkəzi stadionunda baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 3:1.

Lənkəran təmsilçisinin yeni transferi Branimir Subaşiç “dubl”a imza atıb. Onun 33-cü və 58-ci dəqiqələrdə vurduğu qollara Rikardo Gomes (59-cu dəq.) daha birini əlavə edib. Sona 4 dəqiqə qalmış Nadir Nəbiyev qonaqların təsəlli qolunu vurub.

Bu qələbədən sonra maksimum nəticə göstərən “Xəzər Lənkəran” şəriksiz liderliyini davam etdirir.

Günü son matçında isə “İnter” “Bakı”nı qəbul edib. “Şəfa” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb. Paytaxt derbisində Georgi Lomaya iki dəfə diqqət mərkəzinə düşüb. 49-cu dəqiqədə Aleksandr Şoliçin penalti zərbəsini dəf edən “İnter”in gürcü qapıçısı son dəqiqələrdə qırmızı vərəqə alıb. O, 90+2-ci dəqiqədə rəqibin futbolçusu Nurlan Novruzava qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Üstəlik, “İnter”in qapısına penalti zərbəsi təyin edilib. Bundan sonra meydanda qalmaqla düşüb. Hər iki komandanın futbolçuları arasında münaqişə yaranıb. Penaltiyə etiraz edən “İnter”in futbolçuları meydanı tərk ediblər. Baş hakim Ramil Diniyev bir qədər gözləsə də, “bankirlər” meydana qayıtmayıb. “Bakı” futbolçuları isə penalti vurmadan paltardəyişmə otağına yollanıblar.

"Neftçi" qələbə qazanıb, ikinci pilləyə yüksəldi

Əvəzedici heyətlərin çempionatında III tura yekun vurulub. Olimpiya.az-ın məlumatına görə, turun son matçında “Neftçi” qələbə qazanıb. “Ağ-qaralar” ev oyununda "Sumqayıt Şəhər" klubuna 2:0 hesabı ilə qalib gəlib. Paytaxt komandasının qollarına Nicat Qurbanov (d.40) və Ağabala Ramazanov (d.54) imza atıb. Bu uğurdan sonra “Neftçi” 7 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. Zirvədə isə 9 xala malik “Qəbələ” qərarlaşıb.

Bundesliqada darmadağın

Futbol üzrə Almaniya çempionatında 3-cü tura darmadağınla start verilib. Olimpiya.az-ın məlumatına görə, “Borussiya” Münhenqladbaxda “Volfsburq”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Hesabı 13-cü dəqiqədə qonaqlar açsalar da, “Borussiya” fasiləyədək buna 3 dəfə cavab verib. İkinci hissədə daha bir qol vuran münhenqladbaxlılar görüşdə son nöqtəni qoyublar.

Bu oyundan sonra “Borussiya” 7 xalla 1-ci yerə yüksəlib. “Volfsburq” isə 3 xalla 11-ci pillədə qalıb.

Georgi Adamiya:` Bu o demək deyil ki...`


`Qarabağ`ımız sabah `Kəpəz`lə qarşılaşacaq. Gəncə klubuyla görüşə komandamız çoxsaylı itkilərlə yollanıb. Buna baxmayaraq əyalət derbisinə yetərincə maraq var. Ötən mövsüm tərəflərin Gəncədə baş tutmuş oyunu olduqca gərgin alınmış, 2-ci hissədə Adamiya fərdi ustalıqla vurduğu qolla komandamıza qələbə gətirmişdi. Sabah ötən mövsümün bombardiri komandamızın əsas ümidlərindən biri olacaq. Gürcü forvard saytımıza III turun oyununu dəyərləndirib:``Kəpəz`lə oyun çətin olacaq. Komandamızın bir neçə üzvü bu oyunda meydana çıxmayacaq. Üstəlik, gəncəlilər evdə yaxşı təsir bağışlayır. Azarkeş dəstəyindən də yararlanmaq istəyəcəklər. Meydanın durumu da elə də yaxşı deyil. Amma bu o demək deyil ki, biz artıq oyuna məğlub çıxmışıq. `Qarabağ` istənilən halda meydana qələbə üçün çıxır. Meydana çıxacaq bütün futbolçularımızla da qələbə oynayacağıq. Bu futboldu. Hər şey ola bilər. Çempionatın startında itirilənləri sonradan sığortalamaq mümkün olsa da, qazanılacaq xallar da sonradan çox xeyrimizə ola bilər. Ona görə də baxımlı oyun olacağını düşünürəm. Nəticədən asılı olmayaraq meydanda maraqlı futbol olacaq.`

Neftchi futbol klubu Respublika stadionda.


Bize Neftchi futbol klubun vitse prezidenti Tahir Suleymanov verdiyi melumata gore bu gun Neftchi futbol klubu saat 20-00 Tofik Behremov adina respublika stadionda meshge chixdi.

Loko klubu Respublika stadionda




Bize Lokomotiv BAKU Qadin voleybol klubun meneceri Orhan Huseynov verdiyi melumata gore
Lokomotiv BAKU avgustun 18 de Tofik Behremov adina respublika stadionunda gacish uzre meshg edirdi .

Nizami Paşayev atasını da itirdi



Dünya və Avropa çempionu Nizami Paşayevə son 5 ayda ikinci dəfə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, hazırda gənclərdən ibarət ağır atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışan idmançımızın atası Xanəli Paşayev 84 yaşında vəfat edib.

Qeyd edək ki, apreldə Paşayevin anası dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!

пятница, 19 августа 2011 г.

Kaka «Milana» qayıtmaq istəyir

 

«Real»ın braziliyali futbolçusu Rikardo Kaka yenidən Apenin yarmadasına qayıtmağa narazı olmadığını bildirib. Stadium.az xəbər verir ki, o, yenidən «Milan»ın heyyətinə dönməyə  hazır olduğunu bildirib. Lakin Kaka «Milan»a qayıtmaq uçun əmək haqqının 2 dəfə azalmasıyla da barışmalıdır.

AFFA-dan “Qarabağ”a bir günlük güzəşt




Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən "Qarabağ"ın Rəşad Sadiqovla Əfran İsmayılovun milli komandanın avqustun 22-dən 24-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməməsi ilə bağlı müraciəti nəticəsiz qalmayıb. Stadium.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. İbrahimovun sözlərinə görə, AFFA klubun müraciətindən sonra güzəştə gedib.
Federasiya əvvəlcə toplanışı avqustun 25-də yekunlaşdırmaq istəyib. Lakin müracitdən sonra hazırlıq prosesinn müddəti bir gün azaldılıb.

Beləliklə, "Qarabağ"lı futbolçular da daxil olmaqla, təlim-məşq toplanışına çağırılmış oyunçular avqustun 24-dək baş məçqçi Berti Foqtsun sərəncamında olacaqlar.
Qol.Az

“Rabitə” qrupun favoritidir” - FOTO


“Çox çətin qrupda yer almışıq. Növbəti mərhələyə yüksəlmək üçün yalnız üçüncü yerə ümid edə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” klubunun rəqibi olan “Myulhaus”un voleybolçusu Maqaili Maqail deyib.

Fransa təmsilçisi Avropanın ən möhtəşəm klub yarışına start verib. Bu il qarşısına ciddi məqsədlər qoyan “Myulhaus” ölkə çempionatında və Çempionlar Liqasında uğurlu çıxış etməyi planlaşdırır. Lakin komandanın aparıcı və təcrübəli üzvü bunun heç də asan başa gəlməyəcəyini deyib: “Rəqiblərimizdən “Rabitə” çox güclüdür. Onlar Avropanın vitse-çempionlarıdır. “Fənərbaxça” da zəif deyil. Bunun üçün Çempionlar Liqasında biz ümid etdiyimiz yerə - digər rəqibimiz Almaniya “Drezdner”i də iddia edir. Amma onların arzularına baxmayaraq, biz növbəti pilləyə yüksəlmək istəyirik”.

Vobay əvəzedicilərin çempionatında qol vurdu


Julius Vobayın "Xəzər Lənkəran"ın əvəzedici komandasında debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Syerra-Leonedən olan yarımmüdafiəçi "Turan"la bu gün Lənkəranda keçirilən çempionat oyununda qol vurub.

O, cənub təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşün 63-cü dəqiqəsində komandasının son qoluna imza atıb. Bunadək "Xəzər Lənkəran"ın heyətində Elvin Mirzəyev (48-ci dəqiqə) və Elvin Mansurov (61-ci dəqiqə) fərqlənib.

"Turan"ın futbolçusu Ruslan Namazov 81-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, bu, Vobayın cari mövsümdə 2-ci qolu olur o, əsas komandasının ilk turda “Sumqayıt Şəhər”lə ev oyununda (2:1) da fərqlənib.

Faiq Qarayevlə Draqutin Baltiç rəqib oldular


“Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçin çalışdırdığı Bolqarıstan yığmasının yoxlama görüşü keçirəcəyi komandaların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bolqarlar öncə ölkələrinə gələcək 2 Ukrayna klubu ilə qarşılaşacaq. Ardınca isə Draqutin Baltiçin yetirmələri Rumıniya və Fransa yığmaları qarşısında imtahan verəcək.

Bolqarıstan millisi sentyabrda İtaliya və Serbiyada start götürəcək Avropa çempionatının finalına hazırlığı Azərbaycan yığması ilə oyunla yekunlaşdırmağı planlaşdırır. Belə olan halda, hələ də təlim-məşq toplanışını harada davam etdirəcəyi bilinməyən Faiq Qarayevin yetirmələri bu ölkəyə səfər edəcək və çox güman ki, hazırlığı da burada yekunlaşdıracaqlar.

Qeyd edək ki, komandamız seçim arasında qalıb. Voleybolçularımızın avqustun sonunda Bakıda beynəlxalq turnir keçirərək orada iştirakı, İspaniya və ya digər ölkələrin birində hazırlığa yollanması müzakirə olunur və bu günlərdə yekun qərar veriləcək.

“Arsenal”ın futbolçusu avtomobil qəzasında öldü


Kiyev “Arsenal”ının futbolçusu Yevgeni Yevseyev həlak olub. Apasport.az saytının məlumatına görə, bu gün avtomobil qəzasına düşən müdafiəçi dünyasını dəyişib.

Yevgeninin yer aldığı maşında daha 2 nəfər olub. Onlar sağ qalsa da, futbolçu ölüb.

Qeyd edək ki, Yevseyev 2006-cı ildən oynadığı Ukrayna klubunda 61 oyunda 2 qol vurub.

среда, 17 августа 2011 г.

Rabite klubu bu gun meshglere bashtiyacaq

Bakinin Rabite,voleybol klubu bugun eniden meshglere bashtiyacaq,meshgler topsus kececek yeni trenagor olacaq.

Qeyd edek ki Rabite klubunu 3 cox guclyu turnir gozdeyir Klublar arasi dunya cempionati,Chempionlar ligasi ve,Azerbaycan superligasi.

Baku Openin galibi Sergey Zhigalko oldu..

Bakida novxanida Af hotelde kecrilen shaxmat uzre Baku open A turnirin galibi Sergey Zhigalko olarag 10000 avroya,ve kuboka sahib cixdi .

B turnirin galibi ise Ahmedov Fariz oldu .

понедельник, 1 августа 2011 г.

Azerbaycan yigmasi,Israilde


Dunen voleybol uzre Qadinlardan ibaret Azerbaycan,yigma komandasi Israile yollandi,Azerbaycan millisi orda bir nece dene yoldashlig goryushyu kecirdecek. Milli komandamiz avgustun 10"nda Azerbaycana gayidacaq.

Əsədov yalan danışır, yoxsa onu istefaya məcbur ediblər?



http://www.stadium.az/

Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib. StadiumöAz saytı xəbər verir ki, komandanın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb.
Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub.

Əsədov bununla bağlı fikirlərini bildirib: "İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi"nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".
Yeri gəlmişkən, bu gün günorta saatlarında Arif Əsədovun komandadan getməsi  barədə oxuculara məlumat vermişdik.  Amma Əsədov bunu təkzib etmişdi.
«Neftçi»dən getməmişəm, işimə davam edirəm» sözlərini söyləyən Arif bəyin dürüstlüyü budur? Buradan ortaya iki sual çıxır, ya Əsədov ikiüzlülük edir, yada istefa verməyib, onu buna zorla məcbur ediblər.

Brugge-Qarabagh 4-1. Oyunun fikirlerim

İlk dəqiqələrdən oyun cox sakit keçirdi, hesab acılandan sonra isə "Qarabağ" klubunun oyunçuları az-az hücum təşkil etsələrdə, bu bir nəticə vermədi və ilk 45 dəiqə 1-0 "Brüggenin" xeirinə başa çattı. Mən digər Azərbaycanlı futbol azərkeşləri kimi səbirsizliklə komandamızın heyyətində dəyişiliklər gözləyirdim. Nəhayyət ikinci hissə başlandı, lakin nə Bahadur Soltanov, nə başqa hücümçu ya yarımmüdafiəçisi meydana çıxmmadı. Maraglıdır, görəsənn Qurban Qurbanov nə fikirləşir? Bu azmıki, ikinci hissənin elə ilk dəigələrində hakim "Qarabağ" komandasının aparıcı oyuncularından olan Ansi Agoliya xəbərdarlıq edərək sarı vərəqə göstərir.
Oyunun 55-ci dəigəsində "Brügge"nin təhlükəli hücumu bir nəticə verməsədə, bir dəigədən sonra belçikalılar hesabı artırıb 2-0 çatdırdılar. 60-cı dəigədə Afran İsmayılovun zərbəsindən sonra top gapı dirəyinə dəydi! "Qarabağ" futbolçuları anlayır ki, gol vurmag vaxtıdır!!!!!! Və, nəhayyət, 62-ci dəigədə Afran İsmayılovun dəqiq ötürməsindən sonra, Rauf Əliev hesabı minimuma endirir - 1-2!!
Ruslar deyir ki, səflərdə öyrənirlər. Amma təəsüf ki bu bizim futbola aid deyil, çünki bütün Azərbaycan gördü axı millimizin Almaniya komandası ilə iyunun 7-də Bakıda keçirdiyi oynda hesab 0-2 idi, futbolçularımız gol vurub hesabı 1-2 elədilər,və bu hesabı qoruyub saxlamağdansa, geri çekilməkdənsə, hücuma keçdilər və nəticədə nəinki bərabərlik golu vura bilmədilər, əksinə öz qapılarında üçüncü topu gördülər.
Eyni hadisə dünənki oyunda baş verdi. "Qarabağ"da 1-2 uduzanda bu hesabı çalışıb saxlamağdansa, hücuma keçdik və Bakıdakı əhvalat təkrar olundu. "Brügge" komandamızı və onun azerkeşlərini məyyus edib, qapımızdan daha iki qol keçirdi. Halbuki, hesab 1-2 axıracan qalsaydı, Bakıdaki cavab oyunda rahat qələbə qazanıb, pley-of mərhələsinə addamaq olardı.
Lakin təəsüflər olsun ki "Qarabağ" klubu hesabı bərabirləşdirmək istəyib müdafiyəni yaddan çıxardtı! 70-ci dəigədə 70 metrlik sprint edən Afran İsmayılov qapını nişana alır!! Stadion şoktadır!! Lakin 71-ci dəigədə "Brügge" komandası gol vurarag bizə gösterir ki geri çekillmək lazımdır, amma futbolçularımız yene öz bildiylərini edir. Halbuki 1-3-də cavab oyuna müəyyən şans verirdi.
 83-cü dəigədə futbolçularımız daha bir gol buraxır və hesab 1-4 olur. Bu isə o deməkdir ki cavab oyun qarşısında komandamızın demək olar nüvbəti mərhələyə keçmək şansı cox cetine saldi.