Loading

вторник, 27 сентября 2011 г.

"Rəvan"ın qapıçısı yığmaya dəvət aldı

Estoniya yığmasının qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Tarmo Rütli  "Rəvan"ın qapıçısı Artur Kotenkoya dəvət göndərib. Qolkiper oktyabrın 7-də Bolqarıstan, 4 gün sonra isə Andrey Şevçenko, Andrey Voronin, Anatoli Timoşçuk kimi ulduzların yer aldığı Ukrayna yığması ilə sınaq matçlarında meydana çıxacaq.
Rütli Kotenko ilə yanaşı, uzun müddət "Neftçi" və "İnter"də çıxış etmiş, hazırda Rusiyanın "Rostov" klubunun şərəfini qoruyan Dmitri Kruqlova, "Neftçi"nin sabiq oyunçusu, hazırda "Qomel"in formasını geyinən Andrey Stepanova və hələ də müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan Tixxon Şişova da dəvət göndərib.


http://www.stadium.az/

Millimizin və “Rabitə”nin liderinin ulduzu Amerikada parladı

Azərbaycan voleybolunun əvəzolunmaz ulduzu, müasir qadın voleybolunda özünəməxsus yeri olan, milli komandamızın lideri və Rabitə BAKI voleybol komandasının kapitanı Natalya Məmmədova yerli voleybolsevərlərə xoş anlar yaşatmaqdadır.
                                                                                                                
Azərbaycan voleybolunun əvəzolunmaz ulduzu, müasir qadın voleybolunda özünəməxsus yeri olan, milli komandamızın lideri və Rabitə BAKI voleybol komandasının kapitanı Natalya Məmmədova yerli voleybolsevərlərə xoş anlar yaşatmaqdadır.
Qazandığı uğurlarla dünya voleybolunda öz adından söz etdirən  ulduz oyunçu bu günlərdə Amerikanın ən mötəbər voleybol qurumlarından olan, beynəlxalq arenada ən böyük nüfuza sahib olan və bütün voleybol dünyası tərəfindən izlənilən VolleyWood  qurumu tərəfindən fərəhverici mükafata layiq görülmüşdür.               
http://www.rabitabaku.az/                                          

Millinin oyununa qadınlar üçün pulsuz bilet

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, «Dalğa Arena»da (Mərdakan qəsəbəsində) keçiriləcək Azərbaycan – Avstriya oyunu ilə bağlı AFFA yeni layihə tətbiq edəcək. Azərbaycan – Avstriya oyununu izləmək istəyən qadınlar pulsuz bilet əldə edə biləcəklər. Bunun üçün «Dalğa Arena»nın qarşısında xüsusi kassa fəaliyyət göstərəcək. Həmin kassanın üzərində «Qadınlar üçün pulsuz bilet» sözləri yazılacaq. Oyunu izləmək istəyən bu qadınlar qarşılaşmanın başlanmasına 2 saat qalmış həmin kassaya yaxınlaşaraq pulsuz bilet ala bilərlər. Hər bir qadının özü ilə gətirəcəyi bir uşaq üçün də pulsuz bilet veriləcək.
 Bu məqsədlə  «Dalğa Arena»nın 10 B sektoru ayrılıb.

"Qalatasaray" 5-ci pilləyə yüksəldi

OYUNÇU MATÇ ZAMANI DÜNYASINI DƏYİŞDİ


Danimarkada kişilər arasında I həndbol liqasında "Ribe-Esbjerq" - " Sydhavsoerne" oyununda faciəvi hadisə baş verib. Supersport.Az-ın məlumatına görə, "Ribe-Esbjerq" klubunun 23 yaşlı oyunçusu Lars Olsen oyun vaxtı rəqiblə toqquşub. Tibbi müdaxilədən sonra oynamaq istədiyini bildirən Olsen meydana daxil olarkən yerə yıxılaraq həyatla vidalaşıb. 
http://www.supersport.az/ 

воскресенье, 25 сентября 2011 г.

Azal futbol klubu saat 11-00 da meshg edecek (Aze)

Bize Azal futbol klubun Metbuat xidmetin rehberin komekcisi Rustem Efserli verdiyi melumata gore, sentyabirin 26 saat 11-00 da Azal futbol klubu shuvelanda meshge cixacag.

В шахматном,клубе прошел турнир посвещённый памяти Мастера Фиде по шахматам Олега Павленко.

25 сентября 2011 года в шахматном клубе,прошел блиц турнир посвещённый Мастеру Фиде Олегу Павленко. На открытии турнира выступал Вице президент шахматной федерации Фаик Гасанов.  Турнир проходил по швейцарской системе 9 туров. в турнире играли такие люди как скажим
Эльмар Гасымов Владелец Сайта http://www.sport-evrovision.blogspot.com/ , Иззат Кянан Экс чемпион мира по шахматам до 14 лет, Людмила Барышикова международный судья,Алиева Эльмира, а также ветераны,ученики Павленко и так далее всего 42 участника. 
1 приз был Пиджак, 2 приз Часы,3 приз Ваза.

1 место занял Гасанов Али набрав 7,5 из 9
2 место занял Мусаев Эльдар набрав 7 из 9
3-4 место поделили Намазов Фарид и Аббасов Вусал но по дополнительным показателям Фарид Занял 3 место а Вусал 4. 



“Bakı”nın futbolçusu: “Neftçi”ni qapıçısı xilas etdi” (AZE)

 
 
“Əgər qol vura bilmədiksə, deməli nəsə çatmadı. Epizodlarımız oldu, top dirəkdən qayıtdı. Ancaq “Neftçi”nin qapıçısı yaxşı oynadı və komandasını qoldan xilas etdi. Rəqib qolu künc zərbəsindən sonra vurdu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Bakı”nın yarımmüdafiəçisi Vadim Borets klubun rəsmi saytına açıqlamasında deyib. Matç ərzində kifayət qədər qol imkanlarının olduğunu deyən Borets bu oyunu unudub, gələcəyə baxmalı olduqlarını bildirib:

“Qalib gəlsək, yaxşı olardı. Son dəqiqələrdə də yaxşı imkanlarımız oldu. Amma neynəmək olar. Bu futboldur. Həyat davam edir. Qarşıdakı oyunlara baxacağıq. Yaxşı çalışıb, qələbə qazanmalıyıq”.

Qeyd edək ki, “Neftçi” – “Bakı” görüşü “ağ-qaralar”ın qələbəsi ilə (1:0) başa çatıb.
http://www.qol.az/

Ançelotti Premyer Liqaya qayıdır (AZE)



Karlo Ançelotti “Tottenhem” klubunun baş məşqçisi ola bilər. Olimpiya.az-ın məlumatına görə, bu, londonluların hazırkı çalışdırıcısı Harri Rednapın İngiltərə milli komandasının sükanı arxasına keçəcəyi halda baş verəcək.

Yığmanın indiki baş məşqçisi Fabio Kapello Avro-2012-dən sonra vəzifəsindən gedəcəyini bildirib. Bundan sonra bu vəzifəyə ən real namizəd kimi Harri Rednapın adı çəkilir.

Qeyd edək ki, Rednap müsahibələrindən birində İngiltərə milli komandasında çalışmaq arzusunu bildirsə də, rəsmi təklif almadığını demişdi. “Çelsi”dən qovulan Ançelotti isə yenidən Premyer Liqada işləmək istəyində olduğunu biruzə vermişdi.

Frank Riberidən Müəmmər Qəddafiyə dəstək (AZE)


Fransa milli komandasının və “Bavariya”nın futbolçusu Frank Riberi yeni dünyaya gələn oğluna Seyfülislam adını qoyub. Olimpiya.az-ın məlumatına görə, Riberi körpəsini NATO-nun maneəsi olmasaydı, Liviya lideri Müəmmər Qəddafinin taxtına oturması gözlənilən oğlu Seyfülislamın şərəfinə belə adlandırıb.

Fransa prezidenti Nikolya Sarkozi Müəmmər və oğlu Seyfülislamın tutulması üçün NATO-nu ayağa qaldırarkən, Riberidən Qəddafi ailəsinə simvolik dəstək gəlib. 2006-cı ildə dinini dəyişdirib, müsəlmanlığı qəbul edərək, Bilal Yusif Məhəmməd adını alan fransız futbolçunun 5 və 3 yaşlarında, Hiziya və Şahinaz adlı iki qızı var.

http://www.olimpiya.az/

среда, 21 сентября 2011 г.

Прогнозы на чемпионат европы по волейболу среди женщин 2011 (Rus)

1)Эльмар Гасымов владелец сайта www.sport-evrovision.blogspot.com В группе Б сборная Азербайджана займет 1,а чемпионом европы станет Сербия.
2)Теймур Гаджиев  В группе Б сборная Азербайджана займет 3,а чемпионом европы станет Сербия.
3)Айнур Гасымова учительница Турецкого языка Бакинского государственного университета Доцент   В группе Б сборная Азербайджана займет 2 а чемпионом европы станет Сербия.
4)Рустам Азимов журналист сайта http://www.1news.az/ в группе Б сборная Азербайджана займет 3 а чемпионом европы станет Италия.
5)Медина Алиева, Волейболистка Азербайджанского клуба Рабита Баку в группе б ,первые могут выйти азербайджан,но конкуренция с турцией будет не слабая...50-50 между азербайджаном и турцией...но а чемионами европы мне кажется станет сербия!
6)Айдын Гасымов работник TQDK в группе Б сборная Азербайджана займет 2,а чемпионом европы станет Азербайджан.
7)Махир Алиев стоянщик Азербайджанской волейбольный федерации в группе Б сборная Азербайджана займет 1 и чемпионом европы станет Азербайджан.
8)Гульшан Камилова Врач в ОГБ N18  в группе Б сборная Азербайджана займет 2, а чемпионом европы станет Сербия. 
9)Айгюн Искалзадех Программист Бакселя В группе Б сборная Азербайджана займет 1,а чемпионом европы станет Сербия.
10) Артюшин Виктор в группе Б сборная Азербайджана займет 2 а чемпионом европы станет Италия.
11)Абрамов Сергей Генеральный Директор портала шахматная планета и компании Chess Assistant В группе Б сборная Азербайджана займет 1,а чемпионом европы станет Сербия.
12)Павел Чернышов в группе Б сборная Азербайджана займет 2,а чемпионом европы станет Италия.
13) Котлукова Дарья в группе Б сборная Азербайджана займет 3 место,а чемпионом европы станет Сербия.

Агиль Гаджиев Профессор по литературе БГУ,заведущий кафедры  Азербайджан выграет только Хорватию, 1 место займет Россия.

Saytimizda Enilik

21.09.2011 ilden eitibaren Futbol www.sport-evrovision.blogspot.com saytinda rus dilinde de heberler olacaq, Rus dilinde olan heberler (Rus) yazilacaq Azerbaycan dilinde olan heberler ise (Aze) Yazilacaq!.

среда, 14 сентября 2011 г.

Avropa cempionati,Idman Azerbaycan kanalinda

Qadinlardan Ibaret,voleybol uzre Avropa cempionati,hansi kanalda?,Bize Shafag Kerimova verdiyi melumata gore Avropa cempionati Idman Azerbaycan kanalinda canli yayimlanacaq,oyunlari kecmish voleybolcu Shafag Kerimova da sherk edecek.Qeyd edek ki Shafag Kerimova indi Azerbaycan voleybol federaciyasinin ve Azerreyl voleybol klubun metbuat xidmetin uzvudur.

Matçın vaxtı açıqlandı

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, sentyabrın 14-də baş tutacaq oyun saat 17:00-da başlayacaq. Qarşılaşma Sumqayıt şəhərində yerləşən Mehdi Hüseynzadə adına Sumqayıt Səhər Stadionunda keçiriləcək.
http://www.inter.az/

Azerbaycanin en guclu qadin shaxmatcisi Cimerlikde!!


Azerbaycanin en guclu qadin shaxmatcisi Zeineb Memedyerova Cimerlikde shekil cektirib.
Qeyd edek ki 08.08.2011 axsham domino 4 nefer oiniyirdi

Elmar Qasimov sport-evrovision.blogspot.com saytin sahibi ., Samir Kerimov Qurcustanda Socarin Prezidenti Maxir Memmedovun bacisi oglu., Umudova Nergiz shaxmat IM.ve Azerbaycanin en guclu Qadin shaxmatcisi Zeineb Memedyerova.

Rabite klubu metbuat konfransi kecirdecek!

Qadinlardan ibaret Rabite voleybol klubu metbuat konfransi kecirdecek!,Bize Rabite klubun metbuat xidmetin rehberi İlqar Imanguliyev verdiyi melumata gore konfrans bu yaxinlarda olacaq,daha degig vaxt bu yaxinlarda Rabite klubun resmi saytinda,ve apasport.az saytinda yazilacaq.
Qeyd edek ki Rabite klubu Kecen movsum Cempionlar ligasinin 2,ve Azerbaycan cempionu olmushdu.

“Fənərbaxça” Azərbaycan çempionu ilə oynamaq üçün Bakıya gələcək


Bakının “Rabitə” klubunun Çempionlar Liqasının qrup mərhələsində oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempiuonu ikinci dəfə qatılacağı qitənin ən möhtəşəm yarışına Bakıda start verəcək. Komandamızın rəqibi Fransa “Myulhaus”u olacaq. Voleybolçularımız məhz bu rəqiblə səfər görüşündə də ÇL-in qrup mərhələsinə yekun vuracaq.

1 dekabr
17:00. “Rabitə” - “Myulhaus” (Fransa)

7 dekabr
22:00. “Drezdner” (Almaniya) - “Rabitə”

15 dekabr
21:30. “Fənərbaxça” (Türkiyə) - “Rabitə”

20 dekabr
17:00. “Rabitə” - “Fənərbaxça” (Türkiyə)

10 yanvar, 2012
17:00. “Rabitə” - “Drezdner” (Almaniya)

17 yanvar, 2012
23:00. “Myulhaus” (Fransa) - “Rabitə”

Qeyd edək ki, “Rabitə” ÇL-dən öncə klublararası dünya çempionatına iştirak edəcək.

http://www.apasport.az/

Kaka "Real"ın heyətindən kənarlaşdırıldı


Bu axşam Çempionlar Liqasında ilk görüşünə çıxacaq Madridin "Real" klubu daha bir futbolçunun xidmətindən məhrum olub.
Qol.Az-ın məlumatına görə, "Real"ın braziliyalı futbolçusu Kaka "Dinamo" (Zaqreb) klubu ilə görüş üçün Xorvatiyaya aparılmayıb.
Uzun zamandır zədədən əziyyət çəkən Kakanın hələ də formada olmadığı müəyyənləşib. Məhz buna görə də, Kaka "Real"ın heyətindən kənarda qalıb.
Kaka ilə yanaşı, "Real"ın türkiyəli futbolçuları Nuri Şahin və Həmid Altıntop da zədə səbəbindən hələlik komandalarına kömək edə bilmirlər.
Qeyd edək ki, zədəsini sağaldan "Real"ın almaniyalı futbolçusu Sami Xedira isə "Dinamo" ilə oyunun ilk 18-liyinə salınıb. 

qol.az

«Lokomotiv»in məşqçisi: «…çempionluğa oynayacağıq»

 dəstədə mübarizə başlayan və Biləcərini təmsil edən «Lokomotiv» klubunun sahibi barədə az əvvəl məlumat vermişdiq. Stadium.az xəbər verir ki, gənc iş adamı Kənan Məmmədovun prezident olduğu klubun məqsədi də məlumdur. Bu barədə isə komandanın məşqçisi Paşa Əliyev bizi məlumatlandırdı: "Bildiyiniz kimi 17 yaşlı futbolçular arasında keçirilən çempionatında "Bakı" çempion oldu. Həmin heyəti dağıtmamaq üçün qərara gəldik ki, birinci divizionda mübarizəyə qoşulaq. Klubu yaratmaqda da əsas məqsədimiz bu futbolçuların peşəkarlıq səviyyəsini daha da artırmaq, Premyer Liqada çıxış edəcək güclü komanda formalaşdırmaqdır. Heyətimiz "Bakı"nın gənc futbolçuları əsasında formalaşdırılıb. Rəhbərlik bizim qarşımızda nəticəyə oynamağı məqsəd qoymayıb. Əsas məqsədimiz güclü, təcrübəli futbolçular yetişdirməkdir. Hər oyunda gözəl oyun nümayiş etdirib, qalib gəlmək üçün meydana çıxacağıq. "Püşkatmada birinci pillə bizə nəsib oldu. İstərdim ki, çempionatın sonunda turnir cədvəlində də birinci olaq. Ancaq, bu, çətin olacaq. Çünki, rəqiblərimizin heyətində təcrübəli futbolçular var. İki-üç il birinci divizionda çıxış edib komandanı tam formalaşdırdıqdan, oyunçuların təcrübəsini artırdıqdan sonra çempionluğa oynayacağıq".
http://stadium.az/

Millinin oyunçularına nə qədər mükafat verilib? EKSKLÜZİV


Azərbaycan millisinin Belçika (1:1) və Qazaxıstanla (3:2) oyunlarda qazandığı 4 xala görə AFFA tərəfindən futbolçulara verilən mükafatın məbləğiylə bağlı müəyyən xəbərlər dolaşmaqdadır. Stadium.az xəbər verir ki, bu oyunlara görə futbolçulara rekord məbləğdə mükafat verilib. Məsələni tam dəqiqləşdirmək üçün, millinin bir neçə oyunçusu ilə əlaqə saxladıq. Bu xəbərdə adlarının açıqlanmasını doğru saymayan futbolçuların sözlərinə görə, hər iki oyunda meydana çıxan futbolçulara 60, meydana çıxmağa imkan tapmayan, amma milliyə dəvət alan oyunçulara isə AFFA rəhbərliyi tərəfindən 30 min manat mükafat verilib. Futbolçular onu da bildirdilər ki, bu mükafat bütün oyunçulara artıq çatdırılıb.
stadium.az

"Barselona" büdrədi - BÜTÜN NƏTİCƏLƏR

E qrupu
“Çelsi” - “Bayer” 2:0
David Luis, 67; Xuan Mata, 90
“Genk” - “Valensiya” 0:0
F qrupu
“Borussiya” (Dortmund) - “Arsenal” 1:1
İvan Perisiç, 88 - Robin van Persi, 42
“Olimpiakos” - “Marsel” 0:1
Luço Qonsales, 51
G qrupu
APOEL (Kipr) - “Zenit” 2:1
Qustavo Manduka, 73: Aylton Xose Almeyda, 75 - Konstantin Zıryanov, 63
“Porto” - “Şaxtyor” 2:1
Hulk, 28; Kleber, 51 - Luis Adriano, 12
H qrupu
“Barselona” - “Milan” 2:2
Pedro Rodriges, 36; David Vilya, 50 - Pato, 1; Tyaqu Silva, 90+2
“Viktoriya” (Çexiya) - BATE 1:1
Marek Bakos, 45 - Renan Bressan, 69

Quti "Xəzər Lənkəran"ın rəqibinə qarşı oynaya bilməyəcək


“Beşiktaş”ın ispaniyalı futbolçusu Quti Avroliqanın qrup mərhələsinin ilk turunda forma geyinə bilməyəcək. Olimpiya.az saytının məlumartına görə, ispaniyalı yarımmüdafiəçi sentyabrın 15-dəTəl-Əviv “Makkabi”si ilə görüşü zədə ucbatından buraxacaq.

Quti ötən həftəsonu Türkiyə Superliqasının birinci turunda “Əskişəhərspor”la səfər matçına da aparılmamışdı. Onun “Makkabi” ilə oyuna qədər bel nahiyəsindəki zədəni sağaldacağı gözlənilsə də, bu, baş verməyib.

Qeyd edək ki, “Makkabi” Avroliqanın ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ı üstələdiyindən (3:1; 0:0), azərbaycanlı futbol həvəskarlarına da yaxşı tanışdır.

Avstriya yığması Bakıya baş məşqçisiz gələcək


Oktyabrın 7-də Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Avstriya milli komandasının baş məşqçisi Ditmar Konstantini istefa verib. Olimpiya.az saytının məlumatına görə, o, seçmə mərhələnin sonuna qədər olan müqavilənin başa çatmasını gözləmiyib. İstefaya səbəb avstriyalıların seçmə mərhələd zəif çıxş etmələridir. Hazırda Avstriya yığması 8 xalla qrupda 4-cü yeri tutur və qitə çempionatına getmək şansı yoxdur.

“Bu çox gözəl dövr idi. Şadam ki, Avstriya yığmasına yeni gənc oyunçular cəlb edildi. Xüsusilə federasiya rəhbərliyinə və məşqçi korpusuna təşəkkür etmək istəyirəm” - deyə Konstantini vurğulayıb.

Hələlik yeni baş məşqçinin adı məlum deyil. Avstriyalıları yığmamızla görüşə idman direktoru Villi Ruttenştayner çıxaracaq.

вторник, 13 сентября 2011 г.

Raul "Real"da işləyəcək


Almaniyanın “Şalke” klubunun şərəfini qoruyan Raul Qonsales karyerasını başa vurduqdan sonra Madrid “Real”ına qayıdacaq. Olimpiya.az saytının məlumatına görə, bunu ulduz futbolçunun agenti Hines Karvaxal deyib. O bildirib ki, təcrübəli oyunçu “kral klubu”nda çalışacaq.

“Raul butslarını mıxdan asdıqdan sonra “Real”da işləyəcək” - deyə Karvaxal vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı Raul 16 il “Real”ın formasını geyinib.

вторник, 6 сентября 2011 г.

Sentabrin 7, Yigmamiz Rabite klubuyle garshilashacaq

Sentyabrn 7, Qadinlardan Ibaret voleybol uzre Azerbaycan yigma komandasi Qadinlardan ibaret,Rabite voleybol klubuyla garshilashacaq. Gorush Azerbaycan voleybol federaciyasinda olacaq,Saat 17-00 bashtiyacaq.

Qadinlardan ibaret Lokomotiv voleybol klubu mingecevirde!!

Bize Qadinlardan ibaret Lokomotiv Baki voleybol klubun oyuncusu Alexandra Samoylova  verdiyi melumata gore Loko klubu bu gun 10 gunluk mingecevire telim meshg toplantisina yollanib.

понедельник, 5 сентября 2011 г.

"Mançester Yunayted" "Barsa" və "Real"ı qabaqlayır


Avropanın ən zəngin klublarının siyahısı açıqlanıb. Stadium.az xəbər verir ki,  İngiltərənin “Mançester Yunayted” klubu qitənin ən böyük büdcəyə malik komandasıdır. Onların büdcəsi 439,8 milyon avroya bərabərdir. İspaniya nəhəngləri “Real” və “Barselona” ingilislərdən geri qalır: müvafiq olaraq 438,6 və 398,1 milyon avro.

Almaniyanın ən varlı klubu “Bavariya” 323, İtaliyanın ən zəngini olan “Milan” 235,8 milyonluq büdcəsi ilə öyünə bilər. İtaliya “İnter”i 224,8, Fransa təmsilçiləri “Lion” 146,1 və “Marsel” 141,1 milyon avro ilə öz ölkələrinin varlıları sırasındadır.